Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

20 faiz artım bu şəxslərə də şamil olunacaq

20 faiz artım bu şəxslərə də şamil olunacaq
18-12-2021, 01:20 308 dəfə baxılıb

Prezident İlham Əliyevin təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı sərəncamı mərkəzləşdirilmiş mühasibat sistemində çalışan 1134 nəfərə şamil olunacaq.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun paylaşımında deyilir.
O qeyd edib ki, həmçinin, ərazi maliyyə hesablaşmalar mərkəzində çalışan 154 nəfərin də maaşı artacaq.
Nazirlik rəsmisinin sözlərinə görə, onların maaşlarındakı artım da 20 faiz təşkil edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 17-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar imzalayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI