Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Daha 4 faydalı qazıntı yatağı hərraca çıxarılır

Daha 4 faydalı qazıntı yatağı hərraca çıxarılır
6-12-2021, 16:06 173 dəfə baxılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yanvarın 17-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, Qəbələ rayonunda yerləşən “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay”, “Xırxatala” qum-çınqıl yataqlarının müvafiq olaraq 10, 10.5, 10, və 14 hektar sahələri hərraca çıxarılacaq.
Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 10 yanvar 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3lZ92ON) və Özəlləşdirmə portalında (https://bit.ly/3EQfSNX) tanış olmaq olar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI