Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şamaxıda elmi-praktik konfrans keçirildi - Fotolar

Şamaxıda elmi-praktik konfrans keçirildi - Fotolar
7-12-2021, 11:31 220 dəfə baxılıb

Dekabrın 6-da Şamaxıda İqtisadiyyat Nazirliyinin, ADA Universitetinin və Azərbaycan Milli ElmləAkademiyasın (AMEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” vzusunda elmi-praktik konfrans keçirilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən tədbirin məqsədi işğaldan azad olunmuş ərazilərimizdə görülən bərpa-quruculuq işlərinə elmi cəhətdən əsaslandırılmış təkliflərin işlənib hazırlanması ilə bağlı müzakirələrin aparılması idı.
Konfransda İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Statistika, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitələrinin, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), AMEA, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan İqtisadçılar İttifaqı və digər qurumların nümayəndələri iştirak ediblər. Bir sıra qurumların təmsilçiləri isə tədbirə onlayn qoşulublar.
AMEA İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərli tədbirin əhəmiyyətini vurğulayaraq, müzakirə olunan məsələlərin Qarabağda görülən işlərə töhfə olacağına əminliyini ifadə edib.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov dövlət başçısı tərəfindən Qarabağın “Yaşıl zona” elan edilməsi, müasir sənaye parkları və aqroparkların yaradılması, həmçinin bu ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün nəzərdə tututlan güzəştlər regionun dirçəldilməsinə böyük imkanlar deməkdir. Dövlət başçısının müvafiq fərmanları ilə Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılmasının əhəmiyyətini vurğulayan nazir müavini bu ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi, əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi üçün yeni imkanlar yaradacağını diqqətə çatdırıb. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.
Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Qarabağda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verərək, qeyd edib ki, bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları birgə fəaliyyət göstərərək, əlaqələndirilmiş şəkildə bu ərazilərdə müvafiq bərpa-quruculuq işləri həyata keçirir.
Tədbirdə ADA Universiteti və AMEA-nın nümayəndələri işğaldan azad edilmiş ərazilərimizin bərpasının maliyyələşdirilmə mexanizmləri və sosial bzinesin idarə edilməsi mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.








 Bizi Telegramda izləyin

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI