Maliyyə naziri Samir Şərifov Milli Məclisdə deputatların büdcə müzakirələri zamanı qaldırdığı problemlərə cavab verib.
“
Vətənim-Azərbaycandır.az”ın məlumatına görə, nazir bildirib ki, deputatlar təmsil etdikləri rayonların seçicilərinin maraqlarını müdafiə etməsi istiqamətində bir sıra problemləri qaldırırlar: “Burada əsasən daha çox qaz və su, təhsil, yol məsələsini qaldırırlar. İnfrastruktur layihələrinin dövlət investisiya proqramına daxil edilməsi məsələsinə baxılır. Prioritet olann və maliyyə təminatı ilə bağlı məsələlər həll edilir.
Qaz təchizatı məsələsinə aidiyyəti dövlət qurumları cavab verəcəklər. Qazın qiyməti ilə bağlı bildirmək istərdim ki, təbii qazın qiyməti dünyada yüksəkdir. Ölkəmizə də bu amil proseslərə təsir edir. Qazın bir hissəsini Dövlət Neft Şirkəti istehsal edirsə, bəzi hissəsini ölkədə fəaliyyət göstərən digər xarici şirkətlər edir”.
Nazir həmçinin su məsələsindən danışıb. O qeyd edib ki, bir çox yerlərdə suvarma sisteminin məsələsi qaldırılır: “İqlim dəyişiklikləri və temperatur bu məsələyə təsir edir. Son illərdə ölkəmizdə suya təlabat artıb. Bir çox proseslərə müdaxilə etmək imkanımız yoxdur, bu, iqlim dəyişiklikləri ilə bağlı məsələdir. Ancaq su ehtiyatları ilə bağlı komissiya yaradılıb. Son həftələr müşahidə edilən yağıntılar su ehtiyatlarının artmasına gətirib çıxarıb. Amma yenə də su ehtiyatlarında gərgin vəziyyət qalmaqdadır.
Gömrük rüsumları ilə bildirim ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklər nəticəsində aksiz vergisinin dərəcələrinin artırılması və bir sıra əmsalların tətbiq edilməsi təklif edilir. Yeni minik avtomaşınlarının idxalına 0,4 dollar, köhnə maşınlara isə 0,7 dollardan başlayır. Bu dəyişikliklər avtomobil parkının yenilənməsini nəzərdə tutur. Ona görə də gömrük rüsumlarında azalma müşahidə edilir.
Ehtiyac meyarının ləğv edilməsi ilə bağlı təkliflə bağlı deyim ki, ehtiyac meyarının yaşayış minumumuna bərabər olması bildirilir. Bu istiqamətdə iş aparılır. Bu hədəfə nail olduqda ehtiyac meyarı ləğv oluna bilər”.
İcbari Tbbi Sığorta Fondunun icmal büdcəyə daxil edilməsi məsələsi qaldırıldı. Mən başa düşürəm ki, 1.5 milyard vəsait ayrılması nəzərdə tutulur. Bu da səhiyyə xərclərinin 63 faizinə bərabərdir. Bu fondun icmal büdcədə göstərilməsinə ehtiyac olub olmadığı müzakirə edilə bilər, amma tələsməyək. Növbəti illərdə bu sistemin oturuşması nəticəsində qərar qəbul edilə bilər. Tələskənlik olmadan bunu araşdırmalıyıq”.