Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Millimiz Avropa çempionatının final mərhələsində

Millimiz Avropa çempionatının final mərhələsində
5-06-2022, 22:20 183 dəfə baxılıb

Basketbolun 3x3 növü üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, yığmamız Kiprin Limassol şəhərində keçirilən seçmə mərhələnin yarımfinal oyununda Lüksemburq basketbolçuları ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini 15:13 hesabı ilə üstələyən kollektivimiz adını finala yazdırıb.

Finalda millimiz İrlandiya komandası ilə qarşılaşıb. Basketbolçularımız həlledici oyunda da meydançadan 20:16 hesabı ilə qalib ayrılıb.

Beləliklə, yığma komandamız 9-11 sentyabr tarixlərində Avstryanın Qras şəhərində baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib. Komandamız ilk dəfə 2014-cü ildə AÇ-nin iştirakçısı olub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI