Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rafael Ağayev də mübarizəni dayandırdı

Rafael Ağayev də mübarizəni dayandırdı
26-05-2022, 07:14 230 dəfə baxılıb

Azərbaycan karateçisi Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən 5 qat dünya və 11 qat Avropa çempionu 1/16 finalda kiprli Panayiotis Loizidesi, ardınca isə slovakiyalı David Podsklanı məğlub edib.

Lakin o, 1/4 finalda Bosniya və Herseqovina təmsilçisi Hamza Turuljaya uduzaraq, yarışla vidalaşıb.

Ötən gün tatami üzərinə çıxan digər Azərbaycan karateçilərindən yalnız Fəridə Əliyeva (+60 kq) medal qazanmaq şansını saxlayır. O, “bürünc” uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edib.

Kişilərdən Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq), qadınlardan isə Alya Rzazadə (61 kq) ilə İrina Zaretska (68 kq) yarışı erkən başa vurub.

Fərdi kata yarışlarında isə Roman Heydərov ilk iki mərhələni adlasa da, medal görüşlərinə vəsiqə qazana bilməyib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI