Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Avroliqanın qalibi müəyyənləşdi - Yenilənib

Avroliqanın qalibi müəyyənləşdi - Yenilənib
19-05-2022, 07:12 262 dəfə baxılıb

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, final matçında Almaniyanın “Ayntraxt” və Şotlandiyanın “Reyncers” klubları üz-üzə gələcək.

Həlledici matç İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Avropa Liqası

Final

18 may

23:00. “Ayntraxt” (Almaniya) – “Reyncers” (Şotlandiya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, “Ramon Sançes Pisxuan” stadionu.

***

Bu gün Avropa Liqasında 2021/2022 mövsümünün final oyunu keçirilib.

Həlledici matçda "Ayntraxt" (Frankfurt, Almaniya) "Reyncers"lə (Şotlandiya) üz-üzə gəlib.

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə "Ayntraxt" daha dəqiq olub (5:4) və Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, Avropa Liqasının son qalibi "Vilyarreal" (İspaniya) olub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI