Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Neftçi” “Sumqayıt”a, “Qəbələ” “Zirə”yə qalib gəldi.

“Neftçi” “Sumqayıt”a, “Qəbələ” “Zirə”yə qalib gəldi.
4-05-2022, 23:58 298 dəfə baxılıb

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulacaq.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək. İlk olaraq “Zirə” “Qəbələ”ni qəbul edəcək. “Neftçi” isə “Sumqayıt”ın qonağı olacaq.

Qeyd edək ki, bu turda “Qarabağ” “Sabah”la heç-heçə (1:1) edərək yarışın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.

4 may (çərşənbə)

17:45. “Zirə” – “Qəbələ”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə

Zirə İdman Kompleksinin stadionu

20:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev

***
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.

Sonuncu oyun günündə 2 matç keçirilib. İlk olaraq "Zirə" "Qəbələ"ni qəbul edib. Rəşad Sadıqovun komandası bu oyunda qalib gəlsəydi, ən azı 4-cü yeri özü üçün təmin edəcək və Konfrans Liqasına vəsiqə qazanacaqdı. Ancaq sözügedən görüşdə "Zirə" 0:3 hesabı ilə uduzub. "Neftçi" isə "Sumqayıt"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu turda "Qarabağ" "Sabah"la heç-heçə (1:1) edərək yarışın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.

 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI