Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu gün 5 güləşçimiz Avropa çempionatında yarışa başlayacaq

Bu gün 5 güləşçimiz Avropa çempionatında yarışa başlayacaq
28-03-2022, 10:46 227 dəfə baxılıb

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı start götürəcək.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, ilk gündə 5 sərbəst güləşçimiz mübarizəyə başlayacaq. 
Belə ki, 57 kq-da Əliabbas Rzazadə ispaniyalı Levan Metreveli ilə qarşılaşacaq. 
3 qat dünya və 3 qat Avropa çempionumuz Hacı Əliyev 1/4 finaldan mübarizəyə start verəcək. Onun rəqibi Munir Aktaş (Türkiyə) və Kuentin Stiker (Fransa) görüşündə müəyyənləşəcək. 
70 kq-da Zirəddin Bayramov  1/8 finalda yerli idmançı Daniel Antalla mübarizədən qalib ayrılmağa çalışacaq. 
79 kq çəkidə Əşrəf Aşırov ilk mərhələdə bolqar Miroslav Kirovu sınağa çəkəcək.
97 kq-da Məhəmmədxan Məhəmmədov litvalı Lukas Krasauskasdan üstün olmağa çalışacaq. 
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI