Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qarabağ” “Marsel”ə məğlub oldu - Yenilənib

Qarabağ” “Marsel”ə məğlub oldu - Yenilənib
25-02-2022, 00:09 227 dəfə baxılıb

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi “Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Marsel”lə (Fransa) cavab oyununa çıxacaq.

 
Vətənim-Azərbaycandır.az” xəbər verir ki, ilk oyunda rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam təmsilçisi, doğma meydanda cavab qarşılaşmasında qələbə qazanmağa çalışacaq.
 
Saat 21:45-də start götürəcək oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.
 
Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunu
24 fevral

 
21:45. Qarabağ – Olimpik (Marsel)
Hakimlər: Bartoş Frankovski, Martsin Bonek, Yakub Vinkler, Kjiştof Yakubik (hamısı Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun: 1:3.
***
Matç başladı.
***
Qarşılaşmanın 12-ci dəqiqədə rəqibin heyətində Pape Quye hesabı açdı.
***
Oyunun 33-cü dəqiqəsində İbrahima Vadji “Qarabağ”ın qolunu vurdu.
***
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjinin qolu əllə vurmasından sonra futbolçusunu yanına çağırıb. 
O, futbolçusuna qolu əllə vurub-vurmadığını soruşub. İbrahima Vadji isə qolu əllə vurduğunu etiraf edib və Qurbanov ona bunu hakimə deməsini bildirib. 
Nəticədə qol sayılmayıb. 
***
Birinci hissə başa çatdı.
***
“Marsel” ikinci qolu vurdu. Matçın 77-ci dəqiqəsində Mateo Gounduzi fərqlənir.
***
"Marsel" üçüncü qolu vurdu. Qarşılaşmanın 90+2-ci dəqiqəsində Konrad de La Fuente fərqlənir.
***
Matç başa çatdı - 0:3. Bununla da "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI