Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Vüqar Həşimov memorialı bərpa olunur.

Vüqar Həşimov memorialı bərpa olunur.
19-11-2021, 17:30 163 dəfə baxılıb

İlin sonunda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat super turniri keçiriləcək. 

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, baş tutacaq memorial dekabrın 17-də start götürəcək.
VII Vüqar Həşimov Memorialı rapid və blits üzrə təşkil olunacaq. 8 şahmatçının mübarizə aparacağı yarış Bakıda keçiriləcək. Bu dəfə mötəbər şahmat yarışı Bakıda keçiriləcək.
İlk dəfə 2014-cü ildə baş tutan Vüqar Həşimov Memorialı Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub. 2020-ci ildəki yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.
VII Vüqar Həşimov Memorialının yeni loqosu da hazırlanıb. Loqo Vüqar Həşimovun silueti əsasında qurulub. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.






ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI