Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

2 iyul polislərin peşə bayramı.Meylaverdiyev Pərvin Əlixan oğlu .Allah rəhmət eləsin 🙌.

2 iyul polislərin peşə bayramı.Meylaverdiyev Pərvin Əlixan oğlu .Allah rəhmət eləsin 🙌.
1-07-2022, 09:59 373 dəfə baxılıb

Meylaverdiyev Pərvin Əlixan oğlu 1992-ci il təvəllüdlü keçmiş polis serjantı olub. Onun   2013-cü ilin dekabr ayında Daxili İşlər Naziri tərəfindən Şabran rayon Polis Şöbəsində Polis Patrul Xidmətində serjant olaraq işləmək üçün əmri verilmişdir.Serjant Pərvin Meylaverdiyev 5 il 2018 -ci ilin oktyabr 22 kimi öz ölkəsinə xidmət etmişdir. Xidməti vəzifəsi dövründə çox intizamlı, işini dəqiq yerinə yetirən bütün qayda qanunu tamamilə mənimsəyərək ona uyğun işləyən, savadlı asayişin keşiyində vicdanla duran bir POLİS olmuşdur. O həmdə çox ağıllı və tərbiyəli biri kimi tanınırdı. İngilis dilini sərbəst bilir və danışırdı, Azərbaycan Respublikası Qol Güləşi Armleslins federasiyasının üzvü idi. Çox gözəl idmançı olub. Uşaq vaxtlarından boks idmanı ilə məşğul olub. Məktəb illərində rayon və ölkə turnirlərində boks və qol güləşi üzrə 2,3-cü yerləri qazanaraq medallar əldə etmiş olub. Pərvin Meylaverdiyev Əlixan oğlu gözəl insan can fəda ediləcək qardaş idi. Amansız əzrail 2018-ci ildə onu bizlərdən ayırdı. Bu itki həm ailəmiz həmdə Şabran rayon Polis Şöbəsi üçün inanılmaz və qəbuledilməz idi. Mən Aysel Meylaverdiyeva öz qardaşım Polis serjantı Pərvin Meylaverdiyev ilə hər zaman fəxr etmişəm edəcəmdə. O mənim qürur mənbəyim baş tacımdır.

Allah rəhmət etsin canım qardaşıma.

Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi.

18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.

Polis daxili işlər nazirliyi yanında fəaliyyət göstərən əsas hüquq-mühafizə orqanıdır. Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycanın ən qədim polis idarəsidir. 1828-ci ildə Azərbaycanın Rusiya imperiyasına birləşdirilməsindən sonra ərazidə komendantlıq qurulmuşdur. 10 aprel 1840-cı ildə Bakıda Rusiya İmperiyası Daxili İşlər Nazirliyinə tabe olan bir polis idarəsi quruldu. Bakı Şəhər Polis İdarəsi fəaliyyətə 1 yanvar 1841-ci ildə başladı. 7 mart 1917-ci il tarixində Bakı İşçi Deputatları Sovetinin İcraiyyə Komitəsinin nəzdində Bakı Şəhər Milisiyası quruldu. 13 noyabrda Bakıda polis ləğv edildi və Bakı Soveti bunun əvəzinə Sovet milisi təşkil etmək qərarına gəldi.

Gəncə Polis İdarəsi 2011-ci ildən fəaliyyət göstərir. Milli Polis ayrıca Naxçıvan Muxtar Respublikasında Naxçıvan Şəhər Polis Şöbəsi vasitəsi ilə hüquq-mühafizədən cavabdehdir. İkinci Qarabağ müharibəsindən sonra Şuşa Polis Şöbəsi Tərtərdən Şuşaya geri köçürüldü.Kəlbəcər rayonunda da bir polis şöbəsi yaradıldı.

2 iyul Azərbaycan Polisi Günü kimi qeyd olunur.

Melaverdiyeva Aysel
MİHİ Şabran rayon Komitəsinin Sədri
"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ekskursiyası.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az". xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI