Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Balakəndə uşaq bağçası yandı

Balakəndə uşaq bağçası yandı
28-03-2022, 20:20 185 dəfə baxılıb

Balakəndə uşaq bağçasında yanğın baş verib.

"Vətənim-Azərbaycandır.az" "Qafqazinfo"nun verdiyi məlumata istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Qazma kəndində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğının qarşısı dərhal alınıb. Hadisə zamanı ümumi sahəsi 400 kvadratmetr olan uşaq bağçasının dam örtüyünün 10 kvadratmetr hissəsi yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI