“G.Ələsgərova ilə R.Ələsgərovun üç oğul övladı var. Onlardan ən kiçiyi qəza zamanı anasının yanında olub. Hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda həkim nəzarətindədir. Yaxın zamanda evə buraxılacaq”.
***
44 günlük Vətən müharibəsi şəhidi, mayor Rəhim Hüseynovun həyat yoldaşı avtomobil qəzası nəticəsində həlak olublar.
"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, hadisə Kürdəmir rayonu ərazisində baş verib.
Məlumata görə, şəhidin ailəsi yaşadıqları Bakı şəhərindən Rəhim Hüseynovun doğulub, boya başa çatdığı Zərdab rayonu Gəlmə kəndinə gələrkən yol qəzası nəticəsində həlak olub.
Qeyd edək ki, Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.2001-2005-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.2005-2006-cı illərdə Silahlı qüvvələrin təlim və tədris mərkəzində təhsil alıb.
Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir.Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.