17:39 - Antiterror tədbirlərində nə qədər erməni əsgəri ölüb?
11:04 - Bakı Qarabağda yaşayan erməni əhaliyə ərzaq göndərir
08:11 - İlham Əliyevin xalqa müraciəti dünya mətbuatında geniş işıqlandırılıb - FOTO
20:55 - Yevlaxda ermənilərə nə tapşırıldı - A nöqtəsindən Z-yə doğru...
19:52 - Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirdi
13:18 - Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal
13:18 - Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal
10:41 - Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda
10:38 - Qarabağda 5 min erməni təxliyə edildi
07:13 - Bu gecə İrəvan küçələri... - Video
07:07 - Ceyhun Bayramov serbiyalı həmkarını antiterror tədbirləri barədə məlumatlandırdı
21:12 - Prezident: Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır
21:03 - İlham Əliyev: Qarabağda mülki əhalinin qorunmalı olması ilə bağlı ciddi tapşırıq verilmişdi
21:01 - İlham Əliyev: Birinci dəfə deyil ki, Ermənistan bizə qarşı terror aktı törədir
18 sentyabr Azərbaycanda Milli Musiqi günü və dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü qeyd olunur.
VETENİM-AZERBAYCANDIR.AZ18 sentyabr Azərbaycanda Milli Musiqi günü və dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü qeyd olunur. Bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. O, Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə 18 sentyabr Azərbaycanda Milli Musiqi günü kimi qeyd edilməkdədir.
Ömrü boyu Azərbaycan mədəniyyətinə, incəsənətinə,musiqisinə xidmət edən görkəmli bəstəkar 300 dən çox xalq mahnısını nota salaraq, marş,kantata, fantaziya, mahnı, romans, kamera , xor üçün əsərlər yazıb və Azərbaycan musiqisinin banisi kimi tarixə düşmüşdür.Üzeyir Hacıbəyovun ədəbi irsi də çox zəngin və qiymətlidir. O, təkcə musiqi bəstələməmişdir. Xalq musiqisinin nəzəri əsaslarını gənclərə aşılamaq üçün "Azərbaycan xalq musiqisinin əsasları"adlı elmi iş yazmışdır. Həmin əsərlər indi də musiqi dərsliyi kimi istifadə olunmaqdadır.
Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarını və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, dünya musiqi irsinə də bir çox töhvələr vermişdir. Azərbaycan musiqi tarixində ilk musiqili komediya,Şərqdə ilk dəfə olaraq operanın banisi kimi tanınmaqdadır. O,Azərbaycan Respublikasının himninin bəstəkarıdır.
Ümumiyyıtlə,Üzeyir bəy elə bir şəxsiyyətdir ki, onun haqqında- istər
yaradicılığı, istərsə də şəxsi xüsusiyyətləri haqqında nə qədər
danışsaq qurtarmaz. Bu insanın övladı olmasa da, nə qədər tələbənin kirayəsinı ödəmiş, təhsil alma xərclərinə kömək etmişdir.
Gəlin vətəni üçün, milləti üçün, xalqı üçün böyük işlər görən insanlarımızı heç vaxt unutmayaq. Onların əməlləri həmişə
bizə örnək olsun!
İncəsənətimizə, musiqimizə xidmət edən, onu dünyaya çatdıran, inkişaf etdirən bütün mədəniyyət işçilərinin bayramını təbrik edir, onlara uğurlar arzulayıram.
Fəridə Bayramova