19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
HEYDƏR ƏLİYEV MƏNİM ÜÇÜN KİMDİR?
VETENİM-AZERBAYCANDIR.AZ
Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görürlər. Hər bir dövrün öz dahisi , oz görkəmli şəxsiyyəti var. Dahilər tək bir xalqa məxsus olmur, bütövlükdə cəmiyyəyyətə məxsus olmaqla, 1000 ildən bir dünyaya gəlir, ya da heç gəlmir. Xalqımız xoşbəxt xalqdır ki, belə dahilərdən bizim də qismət payımıza düşüb . Dünyada xalq olaraq bizi tanıdan dahilər arasında , şairlər, yazarlar, rəssamlar, bəstəkarlar, elm adamları var. O cümlədən Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan bir sıra tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları olmuşdur. Bunlar zaman-zaman xalqımızın tarixində gördükləri böyük işlər və əməllərlə əbədiyyət qazanmışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət ümummilli lider səviyyəsinə yüksəlmişdir. Ümummilli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır.
Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Milli lider olmağın meyarları və izahı müxtəlifdir. Hələ Aristotel yazırdı ki, siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirə bilməkdir.
Azərbaycan xalqı bütövlükdə xalqın xilaskarı olan Heydər Əliyevin 100 illiliyi ilə əlaqəli silsilə tədbirlər keçirməklə , həm prezidentin qərarını , həm də Azərbaycanın inkişafına xidmət edən və hər bir vətəndaş üçün faydalar gətirən Heydər Əliyev siyasətini dəstəkləmiş olur.
Müəllimlər arasında elan olunmuş bu inşa müsabiqəsi də tarixi şəxsiyyət “Heydər Əliyev ili”nə verilən diqqətin mühüm bir hissəsidir. Bu tarixi qərar elan olunan gündən, öz fenomenliyi ilə qəlbimdə dərin iz buraxmış Heydər Əliyev barədə fikirlərimi qeyd etmək istəyirdim və bu yazını yazmağı, ulu öndərin ruhu qarşısında mənəvi borc hesab edirdim. Amma özümdə cəsarət tapmırdım ki, onun haqqında bu qədər yazılar, əsərlər, şeirlər, kitablar yazılandan sonra mən hansı səpgidə və səviyyədə yazım ki, tarix yaradan şəxsiyyətə layiq olsun. Bu müsabiqə mənə stimul verdi ki, fikirlərimi ifadə edim.
Dövrünün ağıllı, bilikli,görkəmli alimi Nəsirəddin Tusinin dövlət idarəçilik formaları barədə dediklərini xatırlamaq yerinə düşər. Hökmdarları yalnız xeyirxah, müdrik və elmli olan dövlətlərin uzun müddət yaşamasından danışan Tusi, zəmanəsinin dövlət başçılarına xəbərdarlıq edirdi ki, insani keyfiyyətlərdən üz çevirən hökmdarların ölkəsində həmişə hərc-mərclik olar. Ölkə başçısının yeritdiyi siyasətin mahiyyəti onun böyük bir ölkəyə rəhbərlik etməsində deyil, siyasətin düzgünlüyündə və verdiyi qanunların humanizmliyinə görə mütəfəkkir göstərir ki, "hakim, hökmdar sözündəki məqsəd o adamın böyük həşəmətə və ya məmləkətə sahib olması deyildir, o deməkdir ki, ölkədə onun haqlı hökmləri yerinə yetirir. Əgər o, bir şey deyir, yerlərdə valiləri başqa cür edırlərsə, onda qayda-qanun pozular, hərc-mərclik yaranar zülm ərşə dayanar". XIII əsrdə yaşamış Nəsirəddin Tusinin vurğuladığı idarəşilik xüsusiyyətləri Uluöndərin idarəçilk mexanizmi ilə , insanlıq xüsusiyyətləri ilə üst- üstə düşür.
“Heydər Əliyev mənim üçün kimdir?" - sualını öz-özümə verəndə , xəyalım məni xalq üçün ömrünü fəda edən Heydər Əliyevin ilk dəfə qəlbimdə taxt qurduğu 1989 – cu ilə aparır. Bu o zaman idi ki, Ulu Öndər həmin dövrdə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. Bu uzaqgörən siyasətdən bizim də ailəmizə pay düşmüşdü. O illərdə ağlım tam kəsməsə də, ailəmizə bəxş olunan sevinc hislərindən dolayı, Heydər Əliyevə qəlbimdə dərin sevgi hissləri oyandı. Heydər Əliyev, qardaşım Rostov vilayətinin Novoçerkasski şəhərinin mühəndis Melarator İnstititunun Meşəçilik fakültəsinə daxil olduğu 1989 – cu ildə xaricdə oxumağa gedən gənclərlə görüş keçirirdi və görüş televiziyada yayımlanırdı. İllər keçməsinə baxmayaraq, indi də həmin çıxış qulağımda səslənir: "Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən, sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürəm. Mən inanıram ki, vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaq və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər". Müdrik siyasətçi Heydər Əliyevin gənclərə tövsiyəsinə qulaq asarkən məndə qürur və sevinc hissləri o qədər dərin idi ki, göz yaşıarıma hakim ola bilmirdim. Bu xoşbəxt anlar bizim ailə bərabər, 900-ə yaxın evdə yaşanırdı . Bu sevinc tək bir ailənin sevinci deyildi , bir ailənin timsalında bütün xalqın, bilavasitə 900- ə yaxın ailənin sevinci, elə o qədər gəncin xaricdə təhsilinin təminatı , iqtisadiyyatın müxtəlif sahələrində savadlı kadrların yetişməsidir, xalqın gələcəyinin sığortalanması idi.
Beləliklə, hər il SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi.
Heydər Əliev mənim üçün xalqın gələcəyini düşünərək, gənclərin yüksək təhsili üçün, onların yoluna işiq tutan bir mayakdır. Bəli mayakdır, çünki mən ulu öndər haqqında keçmiş zamanda danışa bilmirəm . Onun şah əsəri Azərbaycanımızın hər sahədə dünya arenasında tanınmağı məhz onun uzaqgörən siyasətinin nəticəsidir.
Yazımın bu məqamında Heydər Əliyevin dillər əzbəri olmuş kəlamını xatırladım: “Təhsil millətin gələcəyidir!”
Dedin: - Dərin təhsil alsın, gənc nəsil!
Savadsız – elmsiz kəs, olar qul, əsir!
Nitqindən indi də müxənnət əsir,
Qəlblərdə taxt quran bir memar oldun!
Tədrisdən söz düşmüşkən ulu öndərimizin müəllimlərə verdiyi dəyərdən söz açmamaq mümkünsüzdür. 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirən “ Xalq müəllimi” fəxri adın daşıyıcısı Heydər Əliyev müəllim peşəsi haqqında çoxlu müdrik kəlamları var. Bu müdrik fikirlər sırasında XX əsrin dahi şəxsiyyəti, böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz xüsusi dəyəri, əhəmiyyəti və peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”. Bu qiymətli sözlər Ulu Öndərmizin müəllimlik peşəsinə sıx bağlı olmasından, bu peşəyə yaxından bələd olmasından, ilk peşə ixtisasının müəllimlik olmasından və ilk vəzifə təyinatının da müəllimlik olmasından irəli gəlməkdədir.
Müəllim adına verərək qiymət,
Ən ali məqamda eylədin hörmət!
Kövrək ürəklərdə əməlin zinət,
Xalqın xoş günündə bəxtiyar oldun!
“Müəllimlikdən yüksək ad , yenə müəllimlikdir”– kimi dəyərli fikrin sahibi Heydər Əliyev mənim üçün , müəllimlərə ən yüksək dəyəri verməklə, onlara stimul və güc verən, peşəsini sevdirən müəllimlər müəllimidir.
Əxlaq tərbiyəsinin ən mühüm komponentlərindən biri də vətənpərvərlikdir. Vətənpərvərlik öz elini, obasını, vətənini sevməkdə, onun inkişafına kömək etməkdə, vətəninin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə canını vətənə qurban verməkdə, nümunəvi davranmaqda, yaxşı oxumaqda, vətəndən kənarda ona başuçalığı gətirməkdə ifadə olunur. Əgər şagirdlərimizdə , övladlarımızda bu hissi aşılamaq gərəkdirsə, əsl vətənpərvər Heydər Əliyevin kövrək və titrək səslə söylədiyi S. Vurğunun “Azərbaycan” şeirinə qulaq asdırmaq kifayətdir . Birbaşa insanın qanına, ürəyinə, ruhuna işləyən titrək səslə deyilən bu şeir parçasına hər dəfə qulaq asanda gözlərim dolur, ulu öndərdəki dərin vətənpərvərlik hissi məni heyran qoyur və məndə belə sual yaranır, nədən vətənimi belə sevməyim? Fikrimcə, bundan təsiredici, vətənpərvərlik hisslərini aşılayan dərs ola bilməz. Həmçinin də digər bir kəlamı da vətənpərvərlik hisslərinin yaranmasında çox mühüm rol oynayır: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”.
Mənə görə Heydər Əliyev vətəniniə, xalqını canından çox sevən əvəzsiz vətənpərvərdir.
Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Heydər Əliyev mənim üçün -Milli inkişaf modelinin müəllifidir.
Yaranışdan bütün bəşər övladına məxsus ali bir duyğu doğulub köksümüzün altında, göyərib, boy göstərir. Nə vaxtsa o duyğunu Sevgi adlandırırıq. Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır. Ulu öndərimiz Heydər Əliyev öz ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanım Əliyevaya olan sonsuz sevgisi və bu sevginin etirafi ilə mənəviyyat tariximizdə bütöv nəsillərə örnək ola biləcək bir sevgi rəvayəti də yaratdı. Təməlində həqiqətin olduğu bu rəvayətin bir qütbündə xalqın böyük oğlu Heydər Əliyev dayanırsa, digər qütbündə Azərbaycan qadınlığının mücəssüməsi Zərifə Əliyeva dururdu. Onların tükənməz sevsisi, bir-birinə sonsuz sədaqəti gənclərə bir örnəkdir.
Heydər Əliyev mənim üçün – təkrarsız ailə başçısı olaraq, sevgisini ilahiləşdirən sədaqətli - qayğıkeş ana, vəfalı ömür- gün yoldaşı, böyük alim, görkəmli aftalmoloq - Əliyeva Zərifə Əziz qızına layiq ərdir.
Məlum səbəblərə görə bir müddət Moskvada yaşayan Heydər Əliyev , 1990 – cı ilin 20 yanvarında Sovet imperiyasının Bakıya xaincəsinə yeriməsindən , günahsız insanların qətlə yetirilməsindən narahat olaraq, Moskvadakı səfirliyə gedərək haqq səsini qaldırdı. Sonra SSRİ adlı imperiyanın məhv olacağına tam əmin olduğundan öz ölkəsində və doğma diyarı olan Naxçıvanda yaşamağa üstünlük verdi və 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərlə müharibə edir, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün həvəslə çalışmış Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı.
Ötən əsrin 90 – cı illərindən sonrakı tariximizə nəzər salsaq , xatırlayarıq ki, ölkəmiz bir ölkə olaraq, yer üzündən siilinmək dövrünü yaşayırdı . Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olma təhlükəsindən xilas oldu. Dövlət və hakimiyyət böhranı aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu, separatçılıq meyillərinin, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Milli Ordu yaradıldı, atəşkəs elan olundu, əhalinin müxtəlif təbəqələrinin sosial müdafiəsi gücləndi, makroiqtisadi sabitlik təmin olundu. Yeni, azad, suveren və müstəqil dövlət yaratmaq arzusu həqiqətə çevrildi. Müstəqilliyimiz möhkəmləndi, hüquqi və milli dövlətin formalaşması istiqamətində addımlar atıldı.
Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ömrünü tamamilə Azərbaycana - onun dövlət quruculuğuna, ölkənin inkişafına, iqtisadiyyatın dirçəldilməsinə, yaşayış səviyyəsinin yüksəlməsinə, ən ümdəsi isə Azərbaycanın beynəlxalq aləmdə tanınmasına həsr etdi. Öz həyatı, sağlamlığı bahasına Azərbaycanı ayağa qaldırdı və onun adını dünya dövlətləri sırasına yazdı. Bu həqiqətlər hamıya - həm azərbaycanlılara, həm də Vətəndən kənarda yaşayanlara, xarici ölkə vətəndaşlarına yaxşı bəllidir.
Ulu Öndərin qurub-yaratdığı, yerbəyer etdiyi müstəqil Azərbaycana Heydər Əliyev ideyalarının, siyasi kursunun ən layiqli davamçısı və “Hər bir azərbaycanlının prezidenti” olacağına söz verən İlham Əliyev başçılıq edir”
Heydər Əliyev mənim üçün – xalqın dar günündə özünü yetirən xilaskar qəhrəmandır.
Sevməyi öyrətdin, Vətən daşını,
Kəlbəcər, İstisu, Şuşa, Laçını!
-Bir gün qayıdarıq! - deyib, marşını,
Cəngitək ucaldan bayraqdar oldun!
Natiqlik məharəti auditoriyanı inandırmaq sənətidir . Bu meyarın öhdəsindən Heydər Əliyev məharətlə gəlirdi. Ulu öndər bir natiq kimi zəngin söz ehtiyatına malik idi. O, danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. Nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən və yerində işlədilən ifadəlilik vasitələrini – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik suallar və s. siyasi liderin nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir” deyən Heydər Əliyevə bu dil əziz idi, müqəddəs idi. O, bu dilə mükəmməl yiyələnmişdi.
Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O, heç bir qeydə baxmadan danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi. İti yaddaşa və güclü hafizəyə malik idi, öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası ilə auditoriyanı ələ alaraq öz ideyalarını dinləyicilərə sadə dildə aşılayardı. Auditoriya Heydər Əliyevi öz qarşısında Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan bir dilçi alim görürdü.
Ən ümdəsi Heydər Əliyev mənim üçün auditoriyanın bütünlükdə özünə cəlb edən,nəinki ğölkəmizdə , hətta dünyada ən güçlü natiqdir.
Natiqlikdən söz düşmüşkən əvəzsiz fenomen Heydər Əliyevin son çıxışını hər birimiz kədər və heyrət hissi ilə xatırlayırıq. Özünün təşəbbüsü ilə1971- ci ildə yaradılan Cəmşid Naxçıvanski adına hərbi təmayüllü litseyin tələbələrinin qarşısında çıxış edərkən, ürəyi qəflətən tutur və yıxılır. Güclü ağrının təsirindən yıxılarkən qabırğalarının sınmasına baxmayaraq, yenidən tribunaya qayıtdı. Dahi insanın bu fədakarlığı , hər kəsdə heyrət və dərin sevgi hissi oyatdı.
“Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır”- fikrini söyləyən natiq, sağlığındakı ciddi problem nəzərə almadan yenidən tribunaya qayıtması , onun aduditoriyadakı dinləyicələrə dəyərindən və diqqətindən irəli gəlir, bu bilə- bilə ölümə getməkdir. Bu fədakarlığın adı – şəhidlikdir.
Heydər Əliyev mənim üçün vətənini , torpağını canından çox sevən Ali Baş Komandan , ölümə meydan oxuyan qorxmaz , inadkar və fədakar sərkərdədir.
Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin hər kəsin qəlbini titrətdiyi bir videoformatı, hər birimiz xatırlayırıq. Necə böyük inamla, necə böyük sevgi ilə deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bu inadkar, inam hissi ilə dolu çıxış onun layiqli davamçısı İlham Əliyev və bütünlükdə xalq üçün sətiraltı vəsiyyət və dərin inam inam hissinin yaradılması , gücıü stimul idi.
Heydər Əliyevin yaratdığı ordunu, onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev dünyanın ən güclü ordusuna çevirdi. İlham Əliev Ali Baş Komandan olaraq, xalqın iradəsini və güçlü ordunu yumruğunda birləşdirərək, Heydər Əliyevin arzu və vəsiyyətini yerinə yetirdi. 8 noyabr - Ulu öndərin Şuşanın azad olması arzusunu reallığa çevirdiyi, hər anı fəxarət dolu o gözəl gün tariximizə Zəfər günü kimi yazıldı. Bilmirəm təsadüfdən ya zərurətdənmi , Zəfər günümüz, Heydər Əliyevlə Zərifə Əliyavanın nikah tarixi ilə üst- üstə düşür. Məhz bu fakt , mənim üçün Allahın bir möcüzəsidir ki, ulu öndərin həyatındakı çox mühüm hadisə ilə üst- üstə düşür.
Çox şükür Tanrıya! Yetişdi zaman,
Yağıya ordumuz vermədi aman!
Ey böyük şəxsiyyət, ey dahi insan!
Aslan tək doğulub, Xilaskar oldun!
Heydər Əliyev mənim üçün ,müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.
Heydər Əliyev mənim üçün bütün sahələrdə məktəbdir ! Hətta onun şax duruşu , əzmkar və qətiyyətli yerişi belə bir məktəbdir. Heydər Əliyev şəxsiyyətinin dahiliyini , fenomenliyini , hərtərəfli sərkərdə olmağını şagirdlərimizdə aşılamaq biz müəllimlərin üzərinə düşməklə , bu missiyanı özümüzə mənəvi borc bilməliyik.
Ulu Öndərin “Nə qədər ki, Azərbaycan var, mən də varam” fikri, hər anımızın şüarı olmaqla , əməlimizdə bu qiymətli fikrə əməl etməliyik.
Ruhun şad olsun ulu öndər! Şuşa bizimdir! Laçın bizimdir! Ağdam bizimdir! Fizuli bizimdir! Cəbrayıl bizimdir! Kəlbəcər bizimdir! Zəngilan bizimdir! Qarabağ bizimdir, Azərbaycandır!
P.S.( Böyük fenomen Heydər Əliyev barədə yazmaqla bitməz. Dünyanın bütün yazarları bu işə cəlb olunsa , uluöndəri tam ifadə edə bilməzlər, nəinki sadə bir riyaziyyat müəllimi... İnşada istifadə olunan şeirilərin müəlifi özüməm )
Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Süleymanova Ümmü
VETENİM-AZERBAYCANDIR.AZ