Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Türkiyə dövrəyə girdi: İrəvan ciddi itki verəcək

Türkiyə dövrəyə girdi: İrəvan ciddi itki verəcək
17-09-2023, 14:47 94 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Ərdoğanın dördtərəfli görüş (Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan) təklifi regiondankənar oyunçuların bölgədəki proseslərdən kənarlaşdırmaq məqsədi daşıyır: 44 günlük müharibədən dərhal sonra bu prosesdə Türkiyə və Rusiya əsas oyunçu olsa da, sonrakı dövrdə, xüsusilə Ukrayna müharibəsindən sonra Fransa, ABŞ və Avropa İttifaqı oyuna aktiv daxil oldu; bu Rusiya qarşısında bir çox məsələdə Bakının manevr imkanını genişləndirsə də, əsasən Ermənistana sülh sazişindən yayınmaq imkanları qazandırdı.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Türkiyə lideri Ərdoğanın dördlü görüş təklifi haqda qeyd edib.
“Türkiyə və Rusiya prosei yenidən ələ almaq istəyir. Və bu, Fransadan sonra ABŞ-ın da vasitəçilik məsələsində geriyə düşməsinə zəmin yarada bilər, xüsusilə Vaşinqtonun Qarabağla bağlı son mövqeyindən sonra.
Ərdoğanın təklifinə Bakı və Moskva razı olacaq, hərçənd, masaya dəvət edilən İrəvanın bundan imtina edəcəyi, görüşə gəlsə belə, razılaşmalardan qaçacağı gözləntisi daha çoxdur. Belə vəziyyətdə isə bölgədə yeni eskalasiya qaçılmaz olacaq və Ermənistan ciddi itkilər verəcək. İrəvanı yaxın perspektivdə regiondankənar ölkələrin qoruması praktiki olaraq çətindir. Balansı poza biləcək yeganə ölkə İrandır. Ki, Tehranın siyasi xəttində müşahidə edilən korrektlər Paşinyan üçün çıxılmaz vəziyyəti yetişdirir”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI