18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
Gənc yazıçı Səidə İkigai "Uğurlu gənc yazıçı" nominasiyasında təltif olunub.
VETENİM-AZERBAYCANDIR.AZ"Caspian Awards 2023" mükafatı yazıçıya təşkilati komitənin il ərzində media və sosial şəbəkələrdə apardığı müşahidələrə əsasən təqdim olunmuşdur. Mükafatlandırma mərasimi- "Caspian Awards 2023" layihəsi 26 avqust Hilton Hotelde Azər Axşamın aparıcılığı ilə həyata keçirilmişdir.Gənc yazıçı Səidə İkigai saytımıza verdiyi müsahibəsində bildirmişdir ki, elm xadimləri,sayılıb-seçilən incəsənət nümayəndələri,millət vəkilləri,xalq artistləri və müxtəlif sahələrdə uğur qazanmış şəxslərlə,qısacası ölkənin öz sahəsində ən yaxşıları ilə bir səhnəni bölüşmək və eyni mükafatı almaq çox qürurverici və xoş idi.
Psixoloji janrda qələmə alınan bu kitab insanın ruhi vəziyyətinin, daxili aləminin əks olunması ilə qısa, amma hər baxımdan insanda dərin, xoş hisslər yaradan, insanı düşündürən, onun özünü dərk etməsinə və həyatda nikbin yaşaya bilməsinə kömək edə biləcək bir kitabdır. Oxuyacağınız hər hansı bir fikir növbəti yaşanan hadisədə verəcəyiniz reaksiyanı şəkilləndirəcəkdir. Bu kitabın səhifələrini çevirərkən edəcəyiniz kəşflərdən zövq alacağınızı və hər səhifəsində biraz daha artıq aydınlanacağınızı ümid edirəm.
Elmi məlumatlar, tədqiqat nəticələri, şəxsi və uğurlu insanların tərcübəsinə söykənərək, bəzi məlumatları bu kitabımda sadə və başa düşülən şəkildə izah etməyə çalışdım. Qoy bu kitab sizə daxilinizdəki sevgi ilə dolu və sizi olduğunuz kimi qəbul edən "Sizi" tapmaqda kömək etsin.
Kitabı bitirdikdən sonra əminəm ki, həyatınızda az da olsa dəyişikliklər etməyi bacarıb, indiki anı- xoşbəxt anınızı yaşayaraq daha da xoşbəxt olmağa çalışacaqsınız.
.
"Uşaqlarla necə ünsiyyət saxlamalı? kitabı sadəcə uşaq psixologiyası üzrə kitab deyildir. Mən bura öz analıq təcrübəmin də bir hissəsini qoymuşam, öz səhvlərim və nəaliyyətlərim barədə dürüstlüklə yazmışam. Bu kitabın oxunub bir kənara atılmasını və unudulmasını heç istəmirəm. Qoy, bu kitab sizə, övladınıza və tanışlarınıza faydalı olsun. Düşünürəm ki, siz faydalı, sadə, istifadəsi asan olan bir çox maraqlı ideyalarla tanış olmaq imkanı qazanacaqsınız.
Bu kitab övladının sadəcə uğurlu olması, ətrafa “tərbiyəli uşaq” modelini vermək istəyən valideynlərdən əlavə , övladını daha xoşbəxt edə bilmənin yollarını axtaran valideynlər üçün yazılmışdır. Oxuduğunuz bu kitab uşaqlarla necə düzgün ünsiyyət qurmaq barədə məntiqli, anlaşılan, maraqlı və bəzən kiçik yumor hissi ilə yazılan bir kitabdır. Heç bir usandırıcı nəzəriyyə olmadan...
FƏXRİYYƏ LİLPAR