Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Paşinyanın deputatı: “Hazırkı anda KTMT-dən çıxmaq kimi fikrimiz yoxdur

Paşinyanın deputatı: “Hazırkı anda KTMT-dən çıxmaq kimi fikrimiz yoxdur
7-09-2023, 18:58 138 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


“Hazırda Ermənistanın KTMT-dən çıxmaq prosesi getmir”.
  VETENİM-AZERBAYCANDIR.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sərkis Xandanyan deyib.
Onun sözlərinə görə, KTMT “özü Ermənistanı tərk edib və  Ermənistana qarşı fəaliyyətsizlik nümayiş etdirir".
Xandanyan rəsmi İrəvanın, Rusiyaya strateji müttəfiq kimi xeyli sualları olduğunu, lakin uzun müddətdir buna cavab ala bilmədiklərini qeyd edib.
Təhlükəsizlik sisteminin dəyişdirilməsi variantının müzakirə olunub-olunmaması ilə bağlı suala Sərkis Xandanyan belə cavab verib: “Silahlı Qüvvələrdə və bütövlükdə Ermənistanın təhlükəsizlik sistemində islahatlar davam etdirilməlidir. Bu baxımdan biz bu cür maraqları olan bütün ölkələrlə əməkdaşlığa açıq olmalıyıq”.
Xatırladaq ki, dünən Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko Ermənistanın KTMT-dən çıxması təhlükəsinin olduğunu bəyan etmişdi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI