09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayacaq” – RƏY
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan və Azərbaycan sərhəddində baş verən erməni təxribatlarından dolayı bəyanatı ilk növbədə Yerevanın maraqlarını əks etdirir”.
Vətənim-azerbaycndır.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Minsk qrupu Qarabağ münaqişəsinə görə təsis edilib və bu münaqişə artıq başa çatıb:
“Sərhəd məsələsinə görə Minsk qrupunun bu bəyanatının heç bir siyasi əhəmiyyəti yoxdur. Həmsədrlərin formatı sərhəd məsələsinə görə təşkil edilməyib. İlk öncə, həmsədr ölkələri 10 noyabr Bəyannaməsindən irəli gələn öhdəlikləri Ermənistan tərəfindən yerinə yetirilməsinə çağırış etməlidir.
Azərbaycan tərəfi konkret olaraq sərhəd məsələsinə Minsk qrupu vasitəsilə hərəkət edəcəksə, Azərbaycanın əleyhinə işləyə bilər.
Qeyd edim ki, bu gün Paşinyan bir gölə görə Azərbaycanla müharibə etməyin mənasız olduğunu qeyd etdi”.
Politoloq qeyd edib ki, Ermənistanda baş verənlər ABŞ-Rusiya qarşıdurmasıdır və Paşinyanın Azərbaycanla sülh müqaviləsi, yaxud hərhansı bir sənəd imzalaması onun əlehinə çevrilə bilər:
“Azərbaycan məhz bu nöqteyi-nəzərdən öz sərhədlərini müəyyən edib, möhkəmlənməlidir. Paşinyan seçkidə qələbə əldə etdikdən, hakimiyyətini möhkəmləndirəndən sonra sənədlərin imzalanmasına gedə bilər. Əgər hakimiyyətdə qala bilməyəcəksə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayacaq.
Ermənistanda iki il bundan əvvəl baş vermiş inqilabın nəticələrinə gəldikdə, bu fiaskoya uğrayıb. Paşinyan seçkidən sonra Ermənistanda inqilabı reallaşdırmaq üçün addımlar atacaq. Bu inqilab islahatlardan ibarətdir və bu islahatlar heç də müsbət nəticələnməyə bilər.
Azərbaycan dövlət sərhəddində baş verənlərə gəldikdə mümkün təxribatlara hazır olmalıdır. İyunun 16-na kimi təhlükəsizlik üst səviyyəyə qaldırılmaldıır. ABŞ, Fransa və Rusiya Ərdoğanın Şuşa səfərindən narahatdır”.