Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Erməni silahlı qüvvələri çox gərgin bir vəziyyətə düşüb”

"Erməni silahlı qüvvələri çox gərgin bir vəziyyətə düşüb”
1-09-2023, 19:25 228 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Təxribatlara davam edərsə, Ermənistanı yenidən ağır məğlubiyyət gözləyir".
Bu fikirləri açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Ermənistan Hindistandan və bir sıra müxtəlif ölkələrdən yeni hərbi təyinatlı texnikalar əldə etsə də, bunlar Azərbaycan Ordusu qarşısında üstünlük əldə olunmasına gətirib çıxaracaq amillər deyil:
"Hazırda Ermənistanın təxribatlar törətməkdə əsas məqsədi sülh prosesini ləngitməkdir ki, bunun da əsas müəllifi Fransadır".

Ekspert qeyd edib ki, işğalçı ölkə mütəmadi olaraq Qarabağ ərazisində, həm də Azərbaycanla Ermənistanın şərti sərhədlərində təxribatlar törədir:
"Göyçə mahalının Zod kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutması məsələsinə gəldikdə, məlumdur ki, 10 noyabr razılaşmasından sonra Ermənistan tərəfi müxtəlif davamlı təxribatlara əl atıb. Azərbaycan Ordusu isə bu təxribatların qarşısının alınması üçün antiterror əməliyyatları keçirib. Həmin antiterror əməliyyatları nəticəsində Sarıbaba, Qırxqız, Fərrux və bir sıra adsız yüksəkliklər işğaldan azad edilib. Bununla da Azərbaycan Ordusu daha strateji və taktiki məntəqələri öz nəzarəti altına götürüb. Bundan sonra erməni silahlı qüvvələri çox gərgin bir vəziyyətə düşüb".
R.Məmmədlinin sözlərinə görə, bütün bunları nəzərə alaraq Ermənistanın hərbi və siyasi rəhbərliyi bilməlidir ki, təxribatlar davam edərsə, bu aktiv hərbi əməliyyatlar, hətta müharibə müstəvisinə keçid ola bilər və bununla da bir neçə yerdə lokal hərbi əməliyyatların baş verməsi qaçılmaz olacaq:
"Digər tərəfdən belə bir vəziyyət yaranacağı təqdirdə Azərbaycan Ordusu bir neçə istiqamətdə erməni hərbi birləşmələrinin zərərsizləşdirilməsi üçün hərbi əməliyyatlara start verə bilər. Nəticədə Ermənistan yenidən ağır məğlubiyyətə düçar olacaq və əməliyyatların dayandırılması üçün havadarlarından kömək istəyəcək".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI