Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Son dəqiqə: Araik istefa verdi - YENİLƏNİB

Son dəqiqə: Araik istefa verdi - YENİLƏNİB
31-08-2023, 16:03 177 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Qarabağdakı qondarma quruma rəhbərlik edən Araik Arutyunyan istefa verib.
 VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Arutyunyan istefa ərizəsini sabah parlamentə təqdim edəcək.
Qeyd edək ki, Arutyunyan bu gün Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən kənarlaşdırıb və onun yerinə geniş səlahiyyətlər verilmiş Sergey Şahramanyanı “Təhlükəsizlik Şurasının katibi” təyin edib.
***
Qarabağdakı qondarma quruma rəhbərlik edən Araik Arutyunyan "istefa" verdiyini açıqlayıb. Onun istefası yaxın saatlarda elan ediləcək.
 

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.
Bildirilir ki, Araiklə yanaşı, qondarma qurumun qondarma “dövlət naziri”  Qurgen Nersisyanın da istefası olacaq.
Erməni mətbuatı iddia edir ki, Araiki baş separatçı postunda Samvel Şahramanyan əvəz edəcək. Şahramanyan qondarma qurumda “təhlükəsizlik şurasının katibi” olub.
Qeyd edək ki, Xankəndidə separatçılar arasında qarşıdurma pik həddə çatıb. Bu səbəbdən Araik hələ bir müddət əvvəl istefaya getmək fikrində idi. Amma həmin vaxt Xankəndidəki terrorçular onu qaçmaqda ittiham edərək hədələmişdilər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI