01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Araik Arutyunyanın azərbaycanlı sinif yoldaşı: “Onu Şuşada görəndə gözlərimə inanmadım” - Müsahibə
Milli.Az Kulis.az-a istinadən əslən Xankəndidən olan Sima Həsənova ilə müsahibəni təqdim edir.
Xatırladaq ki, Sima xanım qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidenti Araik Arutyunyanla bir sinifdə oxuyub.
- Gəlin, söhbətə tanışlıqdan başlayaq...
- Xankəndində anadan olmuşam. Əslimiz Xocalıdandır. Valideynlərim o vaxt Xankəndiyə köçüblər. Sovet dönəmində atama ordan dörd otaqlı ev verilmişdi. Mən də 10 nömrəli məktəbdə, rus bölməsində oxumuşam.
- Adınızı nə əcəb Sima qoyublar?
- Sima bizim sözdür. Üz anlamında. Vurğunu düzgün desəniz, hiss edəcəksiniz.
- Valideynləriniz nə işlə məşğul olurdular?
- Anam tibb işçisi idi, atam isə Əsgəran rayon Ticarət İdarəsinin rəhbəri idi. O vaxt "Raypo" deyirdilər. Mağazaları malla təmin edirdilər.....
.
.
- Özünüz müəlliməsiniz, mən bilən?
- Bəli, müəlliməyəm.
- Xankəndidə təhsil aldığınız məktəbi necə xatırlayırsınız?
- Yadıma düşür, orada bizə "tork", yəni "türk" deyirdilər. Sovet zamanı bizə kim olduğumuzu öyrətmirdilər deyə, sözün mənasını bilmirdik. Görünür, ermənilər bilirmiş. Onlar bizi aşağılamaq üçün belə müraciət edirdilər. Ona görə çox münaqişələrimiz olurdu. Sataşırdılar, paylarını da alırdılar.
- Azərbaycanlı oğlanlar vardı sinfinizdə?
- Bizim sinifdə yox, o biri siniflərdə var idi. Tez-tez ermənilərlə davaları düşürdü. Döyürdülər onları. Erməni uşaqları bizimkilərdən həmişə qorxublar.
- Siz də döyürdünüz?
- Hərdən olurdu (gülür). Şəxsən mən cavablarını necə lazımdı verirdim, heç birindən qorxmurdum.
- Araiki necə xatırlayırsınız?
- Sizə deyim, çox gözəçarpan biri deyildi. İrəli getmək, liderlik etmək qabiliyyəti yox idi. Yaxşı oxuya da bilmirdi. Ondan daha savadlı, daha diribaş ermənilər vardı. Sinifdə iki Araik vardı. O biri bundan daha diribaş idi. Həm də daha çox millətçi idi o. Xüsusən, son illərdə lap radikallaşmışdılar. Amma yenə də bizdən çəkinirdilər. Şəxsən mənə nəsə deməyə cəsarət eləmirdilər.- Yadınızda yaxşı insan kimi qalan erməni var?