Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

O, öz sağlamlığını bizim sağlamlığımız naminə qurban verdi. Biz də ona sağlamlığına qovuşmasında dəstək olmalıyıq!

O, öz sağlamlığını bizim sağlamlığımız naminə qurban verdi. Biz də ona sağlamlığına qovuşmasında dəstək  olmalıyıq!
29-08-2023, 17:20 281 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZBu gördüyünüz dəyərli Qazimiz Şöhlət Musazadədir. Füzuli rayonu Arayatlı kənd sakinidir. Vətən müharibəsi zamanı sinayper gülləsi sağ döş qəfəsindən girib kürəyindən çıxıb və onurğa beyni ciddi şəkildə zədələnib. Nəticədə hər iki ayağı yerimə qabiliyyətini itirib, yerimə məhdudiyyəti var. Dövlət tərəfindən Türkiyədə əməliyyat olunub, amma sonradan Yaşad fondunun büdcəsinin olmaması səbəbindən növbəti əməliyyatlar edilməyib. Qazimizin sağalma şansı var, hüceyrə bərpası əməliyyatı olunmalıdır. Şöhlət indiyə qədər 12 dəfə əməliyyat olunub. 
Əslində həkimlərin əməliyyat olanacağı halda sağalma şansının olacağını söyləməsi, öz xalqı, torpağı, milləti üçün canını qurban verməyi göz önünə alaraq, bizlər üçün 44 günlün Vətən Müharibəsində qəhrəmanlıq göstərərək sağlamlığını itirən bir qardaşımız üçün bizlərin nə etsək də borcunu qaytara bilməyəcəyimiz əziz qazimiz Şöhlət üçün gücümüzün yetdiyini etməyimiz çox vacibdir. 
  İnanıram ki, biz millət olaraq bu qardaşların köməyi ilə 30 ildən artıq mənfur düşmən tapdaqları altında qalan torpaqlarımızı azad edə bilmişiksə, indi də birləşib bu Qələbə sevincini bizə yaşadan Şöhlət qardaşımıza dəstək olacağıq. 
 İnsanlıq,  vicdan və mənliyimiz naminə postu oxuyanlardan bu gün istədiyimiz kimi yaşamağımızı bizə nəsib edənlərdən olan əziz qardaşımız, 44 günlük Vətən Müharibəsi Qazimiz Şöhlət qardaşımıza əməliyyatı üçün maddi dəstək olmağı və paylaşımı maksimum dərəcədə ictimailəşdirməyi hər birinizdən xahiş edirəm. 
Şöhlət hazırda Bakıdakı Əlillərin Bərpa mərkəzində müalicədədir. Əlaqə nömrəsi aşağıda qeyd olunub. Gedib onunla görüşədə bilərsiz Bank hesabı Şöhlətə aiddir. 
Xahiş edirm qazimizə dəstək olaq.
Bank hesabı- 4169738845855414.
Özünün əlaqəsi nömrəsi 050-809-78-19.
P.S. Bu dünyanızı  və haqq dünyanızı Sizlər üçün, ayaqda qala bilməyiniz, yeriməyiniz, ailəniz doğmalarınız içərisində tam sağlam ola bilməyiniz üçün, öz sağlmlığını qurban verən Şöhlətə dəstək olaraq qazana bilərsiz. Həccə getməyə hazırlaşan ikicə nəfər ora xərcləyəcəyi 22 min manatı Vətən uğrunda canını verən qazimizə xərcləsə əməliyyat olunub ayağa qalxar.
Diqqətinizə görə minnətdaram.
Əfsanə Əliyeva

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI