Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiyada Azərbaycana qarşı “Talış-Muğan” təxribatı-səfirlik bəyanat yaydı

Rusiyada Azərbaycana qarşı “Talış-Muğan” təxribatı-səfirlik bəyanat yaydı
27-08-2023, 20:01 161 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycanın Rusiyadakı səfirliyi Yekaterinburqda qondarma “Talış-Muğan Muxtar Respublikasının yaradılmasının 30 illiyi” münasibətilə təşkil olunmuş tədbirlə bağlı bəyanat yayıb. 

VETENİM-AZERBAYCANDIR.AZ  xəbər verir ki, səfirlikdən yayılan  bəyanatda deyilir: “Azərbaycanın Rusiyadakı səfilriliyi  Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bu tədbirin keçirilməsinə ruraz olaraq Rusiya Xarici  İşlər Nazirliyinə  etiraz notası göndərib. Həmçinin, səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və kəskin etirazını əks etdirən məktub ünvanlayıb. Bununla yanaşı, Yekaterinburqda fəaliyyət göstərən Azərbaycan-Ural ictimai milli-mədəni təşkilatının rəhbəri Şahin Şıxliesas foto.jpg (72 KB)nski də şəhərin müvafiq inzibati orqanlarına bununla bağlı müraciətlər göndərib”.


Azərbaycan səfirliyi qeyd edir ki, belə bir təxribat xarakterli tədbirin təşkili və orada Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodinin qonağı kimi iştirak etməsinin yolverilməz olduğu Rusiya tərəfinin diqqətinə çatdırılıb. “Rusiyanın hakim partiyasının nümayəndəsinin bu addımı separatizmi təbliğ edir, Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinin ruhuna köklü şəkildə ziddir, həmçinin ikitərəfli əməkdaşlığa xələl gətirir” deyə, bəyanatda bildirilir. 
Azərbaycanın Rusiyadakı səfirliyi “İqor Volodinə və bu tədbirin təşkilatçılarına qarşı təcili tədbirlər görməyə, gələcəkdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı belə təxribat xarakterli addımların qarşısını almağa çağırıb”. Bildirilir ki, səfirlik bu məsələ ilə bağlı Rusiya tərəfinin rəsmi cavabını gözləyir.
Yada salaq ki, Moskvada Ermənistanda fəaliyyət göstərən talış separatçıları bundan əvvəlki illərdə də Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərmələri faktı olub.     
Özünü separatçı "Talış-Muğan Respublikası"nın təsisçilərindən biri elan etmiş  Fəxrəddin Abbasov isə 2019-cu ilin mayında Rusiyadan deportasiya edilib və o, DTX Bakı hava limanında onu saxlayıb.
1993-cü ildə Bakı Dövlət Universitetinin müəllimi olmuş Fəxrəddin Abbasov, yaxud Aboszoda, separatçı hərəkat darmadağın edildikdən sonra Rusiyaya qaçmışdı. 
2018-ci ilin yayında Azərbaycan məhkəməsi Abbasovun həbsi barədə qərar verib. İstintaqın versiyasına əsasən, Abbasov Ermənistana gedib, erməni xüsusi xidmət orqanları ilə görüşüb və bundan sonra Azərbaycan və onun ərazi bütövlüyünün əleyhinə onlayn-bəyanatlar verib.
Azərbaycan Rusiyaya onun ekstradisiyası barədə sorğu yollayıb. 2018-ci ilin payızında onu Lübertsı şəhərində həbs ediblər. Beş ay ərzində istintaq təcridxanasında ekstradisiya olunmasını gözləyib. Nəhayət, Lübertsı məhkəməsi Rusiyada yaşama hüququ müddəti bitdiyi üçün Abbasovun deportasiya edilməsi barədə qərar verib. DTX Fəxrəddin Abbasovu Cinayət Məcəlləsinin dövlət əleyhinə yönələn açıq çağırışlar və milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması maddələri ilə ittiham edib. 
 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə onun haqqında hökm çıxarılıb. Hökmə əsasən, F.Abbasov Cinayət Məcəlləsinin 281.2 (Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar) və 283.1 (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələrilə təqsirli bilinib, 16 il azadlıqdan məhrum edilib. 2020-ci ilin noyabrtında Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib. Həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilib. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI