01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
Ulu Öndər Heydər Əliyevin xeyir duasını alan Azərbaycan gəncliyi
VETENİM-AZERBAYCANDIR.AZ
Günümüzün mövzusu gənc Azərbaycanımızın daima öndə gedən gəncləri olacagdır. O gənclər ki, onlar illərdir ölkənin inkişaf platformasının ən yüksək şkalalarında görüntülənir və öz bacarıqları ilə dünya arenası qarsısında rəqabət mövqeyi sərgiləməkdədir.
Hələ illər öncə Ulu Öndər deyirdi: “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır.”
Müasir ölkəmizin memarının zamanında söylədiyi bu cümlə ölkə gəncliyinin uğur simvoluna çevrildi. Dövlətimizdə gənclər siyasətinin təməli qoyuldu.
Azərbaycana illərlə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə ölkədə gənclər siyasətinin həyata keçirilməsində yeni və müasir mərhələnin başlanmasına stimul verdi. O, bu sahənin inkişafına 70-ci illərdən xüsusi diqqət yetirirdi. Dövrün çətinliklərinə baxmayaraq yüzlərlə gəncin SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında, elmi-tədqiqat institutlarında, xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almağa göndərilməsi Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Təhsilli və istedadlı gənclərdən ibarət milli kadrların formalaşması prosesi məhz həmin dövrdən etibarən həyata keçirilməyə başlanmışdır.
Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı.Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra həmin gənclər respublikanın əsas kadr bazasının formalaşdırılmasında, dövlət idarəçiliyinin təkmilləşdirilməsində müstəsna rol oynamışlar.
Azərbaycanda əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan gəncliyinin inkişafı üçün ölkə rəhbərliyi səviyyəsində lazımi addımlar atılmağa başlanmışdır.
Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. Bu da gənclərimizə böyük bir töhfə idi.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi və gəncliyin məişət, təhsil, mədəni, mənəvi inkişafla əlaqədar ehtiyaclarının təmin edilməsi üçün qəbul etdiyi ardıcıl, məqsədyönlü tədbirlərin olduqca böyük əhəmiyyəti olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər il öz istedadı ilə seçilən yüzlərlə gənc SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə oxumağa göndərilmiş və oradan yüksək ixtisaslı mütəxəssis kimi qayıdaraq, ölkəmizin inkişafına mühüm töhfələr vermişdilər.
Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Heydər Əliyev deyirdi: “Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.”
Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır.
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər.
Və bütün bu qayğının diggətin bariz nümunəsini zaman zaman hiss etmək çətin olmadı. Hərtərəfli dovlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Vətən savdalısı olmağı bacardı və Qalibiyyət zəfər salnaməsinin müəllifi oldu. 44 günlük haqlı Vətən mücadiləmizin birbaşa səbəbkarları da məhz Azərbaycan gəncləri oldular. Tarix yazdılar. Qisa və mənalı həyatları ilə bütün cahana səs salmağı bacardılar.
Bu mübarizədə ölkə gəncliyinin minlərlə nümayəndəsi canını fəda etmiş, sağlamlığını itirmişdir. Onların göstərdiyi qəhrəmanlıqlar yüksək qiymətləndirilmiş, orden və medallarla, fəxri adlarla mükafatlandırılmışlar. Allah bu yolda həyatını itirən Vətən oğullarına rəhmət etsin. Allah Ulu Öndərimizə rəhmət etsin.
Yaşasın təməlində Dahi Heydər Əliyev xeyir duası ilə yetişən Azərbaycan Gəncliyi. Yaşasın güclü Azərbaycanımız!
Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.