Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

TƏBRİK EDİRİK!

TƏBRİK EDİRİK!
17-08-2023, 13:44 382 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Bu gün dəyərli bir insanın doğum günüdür. Həkim kosmetoloq İlahə Rəhimli Teyyub qızı 1976 cı ildə Bakı şəhərində anadan olub. Məktəb illərində cox savadlı qabaqcıl şagird olaraq böyüyüb və olimpiyadalarda iştrak edib. İxtisası Mama Ginikoloqdur. Daha sonra 2009 cu il Kosmetologiyanı oxuyub.  O, öz işini cox sevdiyindən Moskva şəhərində estetik kosmetologiyanı daha dərindən öyrənib və bu gündə peşəkar kosmetoloq kimi Da Vinci estetik klinika işləyir. Ailəlidir bir qızı və iki nəvəsi var. İlahə xanımın atası Rəhimov Teyyub Əyyub oglu 1988 ci ildən Xalq hərəkatında fəal iştrakcılardan olub. 1990 cı ilin iyun ayında Azərbaycan ziyalılarının Moskvanın Lefertov həbsxanasında olmaqlarına və onların azadlıga buraxılmasının tələbinə görə 17 gün Moskvada Lefertov həbsxanasının qarşısında aclıq elan edib. Hətta Moskvanın Kommersant qəzetində onun şəkli və tələbi haqqda yazı dərc edilmişdir. Beləliklə bu işə Azərbaycan diasporası qarışıb və ziyalılar azad edilmişdirlər. Daha sonra 1991ci dekabr ayında İlahə xanımın atası Rəhimov Teyyub Eyyub oglu Birinci batalyonla könüllü olaraq Şuşanın Kərkicahan qəsəbəsində qəhrəmancasına döyüşüb və hər iki gözünü itirmişdir. 1992 ci il May ayının ücü ilk dəfə Azərbaycanda Türk səfirliyinin acılışı olub. Turqut Ozal və Süleyman Dəmirəl acılışda Rəhimov Teyyubu görüb və gəldikləri təyyarədə özləri ilə Teyyubu Ankara Qazi Universitetinə müalicəyə aparırlar. İkinci dəfə Teyyub Türkiyyəyə göz əməliyyatına dəvət alır və onun bir gözünə süni göz qoyurlar. Əməliyyatdan sonra Sülüyman Dəmirəl Rəhimov Teyyub Eyyub oglu S.Dəmirəlin evində şəxsi müsafiri olur. 1997 ci il 23 avqust Rəhimov Teyyub beynindəki qəlpənin fəsadından dünyasını dəyişir. İlahə Rəhimli Teyyub qızı atası kimi Vətənpərvər Devlətini Millətini sevən xanımdır. O bir xanım olaraq 44 günlük müharibədən sonra tez tez Qazilərin və Şəhid ailələrinin yanında olur.  İlahə xanım deyirki indi Qaziləri Şəhid evladlarını gördükcə onun yarası təzələnir və o, Qazilərin Şəhid ailələrinin hansı hisslər kecirtdiyini cox gözəl bilir. İlahə xanım eyni zamanda Beynəlmiləl əlillər fondunun fəxri üzvüdür. Azərbaycan Kazaklar birliyinin nümayəndəsidir. İlahə xanım bir insan kimi  hər zaman söyləmişdir ki, əgər hər gün bir xeyirxah iş görə bilsəm özümü xoşbəxt bilirəm. O. İş xanımı və xeyriyyəcidir. İlahə xanımı ad günü münasibəti ilə VETENİM-AZƏRBAYCANDIR.AZ ictimai, siyasi xəbərlər portalının təsisçisi və rəhbəri Kamran Orucov və kollektivi də təbrik edir və ona hər zaman uğur Sizinlə olsun, can saglıgı uzun ömür və xoşbəxtlik arzulayırlar. Ugurları bol olsun. Allah İlahə xanımın atasına və bütün Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can saglıgı versin.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI