Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yazıçı Mehriban Məhərrəmova 40 ilin məzunu olaraq sinif yoldaşlarını təbrik etdi..

Yazıçı Mehriban Məhərrəmova 40 ilin məzunu olaraq sinif yoldaşlarını təbrik etdi..
16-08-2023, 21:58 261 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

12 avqust 2023 cü il.. Beynəlxalq Gənclər Günü. Mə'zunlar görüş üçün gözəl tarix seçmişdilər..Bəli, harada ki, mə'zun sözü var, orada yaşından asılı olmayaraq uşaqlıq-gənclik illəri gözlərimiz önündə canlanır.. Məktəb--özünə məxsus qoxusu ilə sinif otaqları, atalı-analı, nənəli-babalı, hər yada düşdüyündə köks ötürdüyümuz, əlçatmaz uşaqlıq illəri ..  Avqustun isti yay günü.. Lənkəran şəhər şəhid Mehman Bağırov adına 1 nömrəli orta məktəbin 10 "q" sinif məzunları bir araya gəldilər.. Azərbaycanın dilbər guşələrindən sayılan, boya-başa çatdıqları Lənkəran şəhərində "Dörd fəsil" istirahət məkanında 40 ilin məzunları olaraq görüş təyin etdilər.. Görüşdə iştirak edə bilməsəm də, zəng edib, sinif yoldaşlarımın 45 il sonra səslərini eşitdim.. Xatırladım ki, beşinci sinifdə 1978 ci ildə Bakıya köçdüyümüzə görə,onlardan ayrılmışdım.. Onların səsini eşitmək məndə çox xoş tə'sir buraxdı.. Sevincimin həddi-hüdudu yoxdur..Gözəl günlərdə görüşmək diləyi ilə, sinif yoldaşınız- yazıçı Mehriban Məhərrəmova 1983-2023.

  
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI