Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

BANM-in 26 məzunu Dövlət Proqramının qalibi oldu

BANM-in 26 məzunu Dövlət Proqramının qalibi oldu
16-08-2023, 12:00 81 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 26 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb və nüfuzlu universitetlərdə magistratura təhsili alacaq.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə magistratura səviyyəsinə qəbul olan 270 namizədin 26 nəfəri Bakı Ali Neft Məktəbinin məzunudur.
Onlar müasir dövrün tələblərinə cavab verən və gələcəyin ən yaxşı ixtisaslarında təhsil alacaqlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI