Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ukraynada iki azərbaycanlı həlak olub

Ukraynada iki azərbaycanlı həlak olub
16-08-2023, 11:52 161 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Son günlər sosial şəbəkələrdə Ukraynanın Xerson vilayətində Rusiya hərbçilərinin tankının içərisində iki azərbaycanlının olduğu yük maşınına atəş açması və sözügedən şəxslərin həlak olması barədə görüntülər yayılıb.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev yayılan bu məlumatları “haqqin.az”a açıqlamasında təsdiqləyib. 

Onun sözlərinə görə, hadisə Xerson vilayətinin Rusiyanın nəzarəti altında olan hissəsində baş verib. Hadisə zamanı həlak olanlar isə Orxan Əzizli və Ramiz Qədirli adlı Azərbaycan vətəndaşlarıdır. Onlar hadisə yerində həlak olublar. 
Məlumata görə, hər iki azərbaycanlı Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləri olublar. 1992 və 1995-ci il təvəllüdlü həmyerlilərimizin Ukraynada kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olduğu bildirilir. Onların olduqları ərazi Rusiyanın nəzarətinə keçdikdə azərbaycanlılar oranı tərk etməyərək bizneslə məşğul olmağa davam ediblər. 
“İnsident baş verən gün Orxan Əzizli və Ramiz Qədirli işğal olunan Aleşki şəhərindən Krıma tərəvəz aparıblar. Gecə komendant saatı zamanı tankdan yük avtomobilinə atəş açılıb. Biz dəfələrlə Rusiya hərbçilərinin işğal olunan ərazinin yollarında pul tələb etdikləri, yük avtomobillərinin sürücülərindən gediş haqqı istədikləri barədə məlumat əldə etmişik. Belə görünür, rusiyalılar soydaşlarımızla razılığa gələ bilməyiblər və bu dəhşətli cinayət baş verib”, - deyə Tağıyev qeyd edib. 
Ukraya tərəfi isə öz növbəsində insident zamanı azərbaycanlıların həlak olması barədə məlumatı hələ ki rəsmi olaraq təsdiq etməyib.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI