Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

PA normativ hüquqi aktların layihələrini hazırlayacaq

PA normativ hüquqi aktların layihələrini hazırlayacaq
5-08-2023, 16:34 149 dəfə baxılıb

PA normativ hüquqi aktların layihələrini hazırlayacaq

VETENİM-AZERBAYCANDIR.AZ

İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri hazırlanacaq.
VETENİM-AZERBAYCANDIR.AZ  xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Normativ hüquqi aktlar haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 2 ay müddətində icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 2 ay ərzində normativ hüquqi aktın layihəsinin hazırlanmasını, razılaşdırılmasını və normayaratma orqanına təqdim olunmasını təmin edən informasiya sisteminin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabineti isə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI