01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
Rəsmi İslamabad: "Taliban” Pakistanın təhlükəsizliyini təhdid edir"
Rəsmi İslamabad “Taliban”ı Pakistanın təhlükəsizliyinin təhdidində iştirakda ittiham edib.
“Report” “Aj News”a istinadən xəbər verir ki, bunu Pakistanın xarici işlər nazirinin müavini Hana Rəbbani avqustun 5-də yerli telekanala müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkəsi ittihamla bağlı Əfqanıstandakı “Taliban” hökumətinə sənədlər təqdim edib.
H.Rəbbani Pakistanın xarici işlər naziri Bilawal Bhutto Zardarinin son açıqlamalarını təkrarlayaraq deyib ki, Əfqanıstandakı hökumət “Taliban” terror qruplaşmasına qarşı fəaliyyət göstərməyəcəyi halda İslamabadın özünü qorumaq üçün beynəlxalq qanunlara uyğun tədbirlər görəcək: “Bu ölkənin özünü qorumaq üçün hərəkətə keçmək hüququ var".
Nazir müavini əlavə edib ki, əvvəlki hakimiyyətin süqutundan sonra Əfqanıstanda terror aktları daha tez-tez baş verir. Hətta qanuni viza ilə Pakistana daxil olanlar da bəzi hücumlarda iştirak ediblər.
Qeyd edək ki, bu yaxınlarda Pakistanın Hayber-Puştun əyalətinin Bacaur rayonunda 50-dən çox insanın ölümü və 200-dən çox insanın yaralanması ilə nəticələnən terror hücumu olub. Bu hadisənin məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.