Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dünya mətbuatı bağırır: Ermənistan Ukrayna xalqının qırğınına dəstək verir

Dünya mətbuatı bağırır: Ermənistan Ukrayna xalqının qırğınına dəstək verir
4-08-2023, 09:16 190 dəfə baxılıb

VETENIM-AZERBAYCANDIR.AZ


ABŞ başda olmaqla, Qərb gözəgirən faktları niyə görmür?

Ermənistanın Qərb tərəfindən qadağan olunan  məhsulların Rusiyaya çatdırılmasında aktiv roluna dair məlumatların ardı-arası kəsilmir. Bir neçə gün əvvəl Bloomberg Agentliyi 2022-ci ildə Ermənistanın yarımkeçiricilər ixracının həcminə görə dünyada 4-cü yeri tutduğuna dair məlumat yayıb.
Məlumatda qeyd edilir ki, bu göstərici üzrə Ermənistan Yaponiya, Almaniya və Hindistanı arxada qoyub. Onun satdığı məhsulun əsas alıcısı isə Rusiyadır.
Bloombergin əldə etdiyi məlumata görə, ötən il Ermənistandan Rusiyaya yarımkeçiricilər ixracı 187 faiz artmaqla 1,2 milyard dollar təşkil edib. Agentlik bunu Ermənistanda yarımkeçirici istehsalının artması ilə izah edib. Lakin Ermənistan statistikasında bu istehsalın artmasına dair hər hansı məlumata rast gəlmək mümkün deyil. Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi statistikasına əsasən, 2022-ci ildə Ermənistanın sənaye sektorunda cəmi 3,3 faizl illik artım qeydə alınıb. Bu sektorda istehsal olunan 6,1 milyard dollar və ya 2 trilyon 683 milyard dramlıq məhsulun 1,8 trilyon dramı13,5 faiz artım nümayiş etdirən emal sənayesində əldə olunub. Bu zaman emal sənayesinin kompüter, optik, elektrik və elektron avadanlıq istehsalı sahələrində 11,4 faizlik geriləmə qeydə alınıb. 2023-cü ilin birinci rübündə isə bu sahələrdən  kompüter və elektrik avadanlıqları istehsalında 26 faiz, elektron və optik avadanlıqlar istehsalı sahəsində 39,5 faiz geriləmə baş verib.
Bu halda təbii olaraq sual yaranır ki, Ermənistan Rusiyaya ixrac etdiyi yarımkeçiriciləri haradan alıb? Sualın cavabı, əlbəttə, aydındır: onun satışını Rusiyaya qadağan edən Qərb ölkələrindən.
Kreml erməni dövlətçiliyinin ləğvini anons etdi: Ermənistan Rusiya  ərazisidir
Bu günlərdə müstəqil “Verstka” nəşri Rusiya Gömrük Komitəsinin gizli statistikasını əldə edərək çox maraqlı məlumatlar yayıb. Həmin məlumatlardan aydın olur ki, Rusiyaya ikili idxalda Ermənistan şirkətləri aktiv şəkildə iştirak edirlər. Məsələn, Rusiyanın “Pobeda” şirkəti bu ilin yanvarında iki dəfəyə 580 min dollarlıqdan yuxarı Honeywell şirkətinin məhsulu olan qeyri-hərbi məqsədli radiolokasiya aparatları gətirib. Hər iki halda göndərici Ermənistanın A Trade service şirkətidir.
Nəşr müəyyən edib ki, Ermənistan vasitəsilə idxalda İran da iştirak edir. Belə ki, əgər gətirilən mal böyük partiyadırsa, onu təyyarə ilə Rusiyaya çatdırmaq baha başa gəldiyinə görə TIR-larla İrana keçirilir, oradan isə gəmilərlə Xəzər dənizindən Rusiya limanlarına daşınır. Ermənilər belə yükləri Gürcüstan üzərindən göndərə bilmirlər - gömrük orqanları sərt nəzarət tətbiq edir. Portala danışan Ermənistanın Right-flow şirkətinin təmsilçisi Armen bildirib ki, ölkəsi kiçik partiya malların Rusiyaya çatdırılmasında aktiv rol oynayır. Böyük partiya mallar üçün daha böyük iqtisadiyyata malik ölkələr seçilir: sifarişlər Ermənistan iqtisadiyyatı üçün ağlabatan olmur və istehsalçıda şübhə oyadır. Honkonq, Çin, BƏƏ kimi ölkələrdən isə iri partiyaları rahat sifariş edə bilirlər.
2023-cü ilin ötən dövründə bu kimi məlumatlar çoxsaylı Qərb nəşrləri tərəfindən ictimailəşdirilib. Bu ilin aprelində "The New York Times" ABŞ Ticarət Nazirliyinin rəsmi statistikasına əsaslanaraq yazıb ki, 2022-ci ildə Ermənistan şirkətləri bu ölkədən aldıqları çip, mikrosxem və prosessorların Rusiyaya ixracını 515 faiz artırıblar. Avropa mənşəli çip və prosessorların Ermənistan üzərindən Rusiyaya satışı isə 212 faiz artıb.
“Financial Times” qəzeti başqa bir fakta diqqət yetirib. Qəzetin yazdığına görə, Ermənistandan Rusiyaya avtomobil ixracı 2023-cü ilin yanvar ayında 225 dəfə artaraq 180 milyon dollara çatıb. “Financial Times” həmçinin yazır ki, 2022-ci ilin yanvarında Ermənistan ABŞ-dən 2,8 milyon dollar dəyərində avtomobil idxal edib, bir il sonra isə bu məbləğ 29,5 milyon dollara yüksəlib. 2023-cü ilin aprelində Ermənistana 34 milyon dollar dəyərində ABŞ avtomobilləri gətirilib.
Yeri gəlmişkən, Gürcüstan avqustun 1-dən etibarən ABŞ mənşəli avtomobillərin Rusiyaya ixracı və reixracını dayandırır. Gürcüstan Maliyyə Nazirliyinin bununla bağlı yaydığı məlumatda qeyd olunur ki, Avropa istehsallı avtomobillərlə bağlı eyni qərar sentyabrın 26-dan qüvvəyə minəcək. Çünki Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiya paketində bu ölkəyə yeni və mühərrikinin həcmi 1.9 litrdən yuxarı olan işlənmiş avtomobillərin ixracı 26 sentyabrdan qadağan edilir. Gözləyək, görək Ermənistan da eyni addımı atacaqmı...
Gürcüstan ABŞ avtomobillərinin Rusiyaya ixracına qadağa qoyub
“Bild” nəşri isə Almaniyanın sənaye məhsullarının MDB ölkələri vasitəsilə Rusiyaya çatdırılması yollarına dair araşdırma aparıb. Üzə çıxardığı faktlar ilgincdir: Federal statistika orqanının məlumatına əsasən, Ukraynadakı işğalçı müharibə ilə bağlı Rusiyaya sanksiyalar tətbiq olunduqdan sonra Almaniyadan Ermənistan, Qazaxıstan və Gürcüstana ixrac 2 dəfə artıb. İxrac olunan məhsulların böyük əksəriyyəti daha sonra Rusiyaya çatdırılır.
“Bild”in əldə etdiyi məlumata görə, 2022-ci ildə Almaniyadan Ermənistana avtomobil və onun ehtiyat hissələri ixracı 761 faiz, kimya məhsulları ixracı 110 faiz, elektrik avadanlıqları 344 faiz, ağac məmulatları 301 faiz artıb. Nəşr bildirir ki, Almaniya dövlət qurumları bu cür artımı qəbuledilməz hesab edirlər.
2023-cü ilin 5 ayı üzrə Ermənistanın xarici ticarət statistikasına nəzər yetirsək, Rusiyaya qadağan olunan malların reeksportunun tam sürəti ilə davam etdiyini görərik. Beş ayda ermənilərin xarici ticarəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 86,9 faiz artmaqla 7 milyard 337 milyon 848,6 min dollara çatıb. Bu ticarətdə Rusiyanın payı 2 milyard 519 milyon 224 min dollardır. Yəni ötən ilin eyni dövrünə nəzərən alverin həcmində 2 dəfə artım var. Sanksiya altında olan Belarusla  ticarət də eyni artımla 80 milyon 36 min dollara yüksəlib. 
Beş ayda Ermənistanın Avropa İttifaqı ilə ticarəti ötən illə müqayisədə 50,3 faiz artmaqla 1 milyard 175 milyon 683 min dollara çatıb. Bunun 294 milyon 998 min dolları Almaniya (artım 92,9 faiz),172 milyon 13 min dolları Niderland (artım 44, 8 faiz), 163 milyon 756 min dolları İtaliya (artım 46,1 faiz), 101 milyon 384 min dolları Polşa (artım 3,5 dəfə) və digərləri ilə reallaşıb.
Ermənilər bu ilin beş ayında ABŞ-la ticarəti 2,4 dəfə artırmaqla 307 milyon 949 min dollara, Yaponiya ilə 5,8 dəfə artırmaqla 182 milyon 425 min dollara, Birləşmiş Ərəb Əmirlikləri ilə 5,2 dəfə artırmaqla 465 milyon 106 min dollar, Cənubi Koreya ilə 2,8 dəfə artırmaqla 75 milyon 811 min dollar çatdırıblar.
Yanvar-mayda Ermənistanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 93,3 faiz artaraq 2 milyard 689 milyon 687 min  təşkil edib. Bunun 1 milyard 318 milyon 154 min  dolları Rusiyaya (artım 3,3 dəfə), 38 milyon 457,5 min dolları Belarusa (artım 3,3 dəfə) reallaşıb. Bu dövrdə Avropa İttifaqına ixrac 12,9 faiz azalmaqla 305,5 milyon dollar təşkil edib.
Beş aylıq ixracın 621 milyon 409 min dollarını (3,4 dəfə artım) “qiymətli və yarımqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar”, 473 milyon 134 min dollarını (12,3 dəfə artım) “maşın və mexanizmlər, avadanlıqlar”, 281 milyon 63 min dollarını (16,7 dəfə artım)"yerüstü, hava və su nəqliyyatı vasitələri" təşkil edib.
Ermənilərin beş ayda illik ifadədə 83,3 faiz artıb 4 milyard 648 milyon dollar təşkil edən idxalında Avropa İttifaqının payı 93,5 faiz artaraq 932 milyon 801 min dollar olub. Bu zaman Almaniyadan idxal 2,3 dəfə artmaqla 253 milon 708 min  dollara, İtaliyadan idxal 69,8 faiz artmaqla 128 milyon 135 min dollara, Niderlanddan idxal 84,4 faiz artmaqla 75 milyon 842 min dollara çatıb. Yanvar-mayda ermənilər ABŞ-dən idxalı 3,8 dəfə artırıb 382 milyon 304 min dollara çatdırıblar.
Rəsmi statistikadan o da aydın olur ki, Ermənistanın beş aylıq idxalında elə ixracda üstünlük təşkil edən  mal qrupları yüksək paya malik olub: “maşın və mexanizmlər, avadanlıqlar” 2,6 dəfə artmaqla 992 milyon 481 min dollar), "yerüstü, hava və su nəqliyyatı vasitələri" 5,2 dəfə artmaqla 878 milyon 912 min dollara, “qiymətli və yarımqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar” 4 dəfə artmaqla 564 milyon 42 min dollara çatıb.
Ermənistanın 6 aylıq ticarət dövriyyəsində ötən ilin eyni dövrü ilə müqayisədə 72,9 faizlik artım var. Dövriyyə 8 milyard 899,7 milyon dollar çatıb. Bu zaman ixrac illik ifadədə 72,8 faiz artmaqla 3 milyard 266,6 milyon dollar, idxalisə 73 faiz artaraq 5 milyard 633,1 milyon dollar təşkil edib. Detallar hələ açıqlanmasa da, iyunda da ermənilərin Ukraynanın fəlakəti üzərindən yüz milyonlarla dollar qazandığı hər tərəfə aydındır.
Rusiyaya bu qədər açıq yardımın müqabilində Ermənistana qarşı hansısa ciddi addımın atıldığı, təəssüf ki, müşahidə olunmur. ABŞ Ermənistanın 2 şirkətini, Avropa İttifaqı isə 1 şirkətini qara siyahıya salıb. Hətta Gürcüstana belə İrəvandan qat-qat artıq təzyiqlər olduğu halda, ABŞ başda olmaqla, Qərb Ermənistanın Ukrayna xalqının qırğınında az qala birbaşa iştirakına göz yumur...


VETENIM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI