Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident İlham Əliyevin Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibənim əsas prioriteti.

Prezident İlham Əliyevin  Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibənim əsas prioriteti.
3-08-2023, 14:17 163 dəfə baxılıb

VETENIM-AZERBAYCANDIR.AZ

Bu gün ölkəmizdə və ölkə hüdudlarından kənarda da böyük heyranlıq, peşəkar yanaşmaya diggət cəlb edən ölkə prezidentimiz Cənab Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin  media mənsubları qarşısında operativ və diplomatik çıxışları ən çox danışılan, öyrənilən və təbliq olunan reallıqlardandır. Azərbaycanın haqq savaşının hərb meydanları ilə bərabər informasiya meydanlarında da qızğın mübarizə elə hərb gücümüz gədər  güclü və qalibiyyət golu oldu.
Ona görəki ölkədə bu tendensiyanın da təməli məhz ölkə başçımız, nəhəng siyasi məktəb keçmiş, güclü lider, heyrətamiz diplomatiya nümayişi ilə gündəmi cəlb etməyi bacaran Canab Prezidentimiz tərəfindən qoyuldu. 44 gün boyunca demək olar hər gün beynəlxalq və yerli  media mənsubları qarşısına çıxan Cənab İlham Əliyev son 30 ildə Azərbaycan adlı məmləkətin kecdiyi keşməkeşli, çətin yolun xranologiyasını gözəl izah edir, düşmənin zaman - zaman başımıza gətirdiyi faciələri birbaşa və müxtəlif beynəlxalg dillərdə, daha cox beynəlxalq arenanın başa düşə biləcəyi formatda   nəzər və diqqətlər yükləməyi bacardı. Bəli Azərbaycan hərtərəfli qalibiyyət, zəfər əldə etdi. Həm hərbi sferada, həm də informasiya savaşında.
və bu tendensiya davam edir, hər gün təkmilləşir, hərgün inkişaf edir.
Elə bu qəbildən olan son  22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına ölkə başçımız Prezident İlham Əliyevin verdiyi müsahibə hər birimizin diggətindədir.
Ölkə Prezidentimizin əsas hədəf fikir prizması 2020-ci il noyabrın 10-da imzalanmış sənəd, Bəyanatdır idiki, o,da sülh razılaşması deyildi. 
Bunu hamı gözəl dərk edir ki, əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı idi.
 Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq.
Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.
Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu.  Prezidentimiz geyd etdi ki, 
bir  milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq.
Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir.
Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nədə ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal oldular.
Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq.
İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi.
Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.
Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri aşkar olundu. Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir.
Bəli güclü iradə sahibi olan Prezidentimiz bütün bunları  qeyd etməklə bir daha beynəlxalq izləyici in fikirlərini Azərbaycanımıza, Şuşamıza, Qarabağımıza yönəltmiş oldu.
Müharibə Azər ay canın Zəfər Tarixi ilə yaddaşlara yazıldı.
Lakin bir bir daha anlayırıq ki, informasiya cəbhəsi susmamalı, obyektivliyi təmin etməli. Söz adlı silahı özündən kənar etməməlidir.
Bir liderin güclülüyünü təsdiqləyən ən böyük amal budur. Bu gün bu təbliğatı mükəmməl şəkildə aparmaq biz gənclərin də ən böyük məqsədinə çevrilmişdir. Tanrı Azərbaycanımızı qorusun.
Tanrı dövlət başçımızı hifs etsin.

Nəhayət Şirinova
İctimaiyyətçi.
ADPU Quba filialınln əməkdaşı. 
Azərbaycan Jurnalistlər  Birliyinin üzvü.

VETENIM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI