Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İranın “girov diplomatiyası”: Validə Azərbaycana qaytarıldı, bəs Fərid Səfərli?

İranın “girov diplomatiyası”: Validə Azərbaycana qaytarıldı, bəs Fərid Səfərli?
2-08-2023, 21:03 124 dəfə baxılıb

44GÜN.ORG

Xəbər verildiyi kimi, Azərbaycan vətəndaşı, İranda qondarma ittihamla həbs olunan 31 yaşlı Validə Yusifova iyulun 27-də guya “humanist prinsiplər əsasında və İranın şimal qonşusu ilə münasibətlərdə xoş niyyətinin əlaməti olaraq” Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.
31 yaşlı subay xanım olan Validə Yusifova 2 il 6 aya yaxın İranda həbsdə idi. O, 2021-ci ilin yanvarında İranın şimalında - Ərdəbil əyalətinin Dəşti-Muğan bölgəsində saxlanılıb və üç gündən sonra əvvəlcə Ərdəbilə, ordan da Təbrizə köçürülüb. Üç ay müddətində o, Təbrizdə təkadamlıq kamerada saxlanıb və sorğu-sual edilib. Daha sonra onu Tehrana - “Evin” zindanının Sepahın Kəşfiyyat Təşkilatının ixtiyarında olan korpusuna köçürüblər. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində bədnam şöhrət qazanmış hakim Əbülqasım Salavati ona qarşı casusluq və narkotik maddə qaçaqmalçılığı ittihamı irəli sürüb. Ən dəhşətli məqamlardan biri Validə Yusifovanı nəzarətdə saxlamaq və idarə edə bilmək üçün ona psixotrop preparatların verilməsi olub.
Validə Yusifovanın qaytarılması nəyin təzahürüdür və ölkəmizə qarşı vaxtaşırı “girov diplomatiyası” aparan İranın qarşılığında umacağı nə ola bilər? Məlumdur ki, azərbaycanlı Fərid Səfərli də saxta casusluqda ittiham olunaraq İranda saxlanılır. O da beləcə, illərlə girov kimi saxlana bilərmi?
Deputatlardan Fazil Mustafaya qarşı terrorun sifarişçilərinə sərt reaksiya  - 04.04.2023, Sputnik Azərbaycan
Fazil Mustafa: “İran dövlətinin təzminat ödəməsi üçün hüquqi prosedura başlanmalıdır”
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, İran tərəfinin bu cür saxta ittihamları Azərbaycana qarşı, təbii ki, fəsadlar törədə biləcək, münasibətləri poza biləcək addımlardır: “Ona görə də bu kimi şəxslərin işgəncələrlə bağlı dünya ictimaiyyətinə məlumat verilməsi vacibdir. Xüsusilə də qadının başına gətirilənlər, ona qarşı edilən təzyiqlər barədə insan haqları təşkilatları beynəlxalq səviyyədə məsələni qaldırmalı və ona İran dövlətinin təzminat ödəməsi üçün hüquqi prosedura başlamaldırlar. Buna Azərbaycan dövləti də kömək etməlidir. Çünki bütün hallarda vətəndaşlarımızın hüquqlarını qorumaq bizim borcumuzdur.
Fərid Səfərlinin də saxta ittihamla saxlanılması özü də bu məsələdən xəbər verir. İnsanın girov götürülməsi ilə, hüquqazidd metodlarla dövlətlərarası münasibəti gərginləşdimək kimsənin xeyrinə ola bilməz. Ona görə də qeyri-hüquqi davranışları insan haqları kontekstində biz dəyərləndirib dünya ictimaiyyətinə çatdırmalıyıq və İranın bu məsələdə etdiklərinin nə qədər insanlığa zidd fəaliyyətini davam etdirdiyini bir daha gündəmə gətirməliyik".
Azərbaycan Qafqazda təklənib” - Novella Cəfəroğlu
Novella Cəfəroğlu: “Vətəndaşların İrana getməsinə embarqo qoyulsun”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Validə Yusifova birbaşa Avropa Məhkəməsinə şikayət edə bilər: “İranın ona qarşı törətdiyi işgəncələrlə bağlı məsələ qaldıra bilərlər. Düzdür, onlar Avropa Məhkəməsini saymırlar. Amma qınaq ola bilər, qarşı tərəfdən təzminat almaq olar. Beynəlxalq təşkilatlara müraciət edə bilər ki, onun başına nələr gətiriblər. Yəqin ki, bizim tərəf xahiş edib ki, onu qaytarsınlar. Yoxsa İran heç vaxt öz təşəbbüsü ilə heç kimi qaytarmır.
Ömür boyu bizimlə düşmənçilik siyasəti aparıblar. İranla belə münasibətlərin olduğu bir zamanda Azərbaycandan heç kim İrana səfər etməsin. Birdəfəlik embarqo qoyulsun, getməsinlər. Boykot etsinlər. Yazsınlar ki, bizim insanlar İrana getməyəcək. Düzdür, rəsmi olaraq dövlətlərarası münasibət baxımından gediş-gəlişin olmasından söhbət getmir. Onların bizdə, bizim onlarda səfirliyimiz (daha dəqiqi, Təbrizdə konsulluğumuz - red.) fəaliyyət göstərir. Vətəndaşlar getməməlidir". 
Qeyd edək ki, Fərid Səfərlinin anası Dilarə Əsgərova “Yeni Müsavat”a dedi ki, Fəridin məhkəmə prosesinin hansı səbəbdən yubadılması məsələsi ilə bağlı Təbrizdəki konsulluğumuza müraciət edib: “Bu günlərdə mənə cavab veriləcək, hələ də gözləyirik”.
Yada salaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır. İndiyə kimi İranda Fərid Səfərliyə 3 dəfə məhkəmə qurulub

44GÜN.ORG


44GÜN.ORG

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI