Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Təbrik edirəm, Sona Abbasəliqızı!

Təbrik edirəm, Sona Abbasəliqızı!
1-08-2023, 20:52 227 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bir neçə gün əvvəl eşitdim ki, çoxdan tanıdığım, şeirləri ilə sıx təmas qurduğum Sona Abbasəliqızı Prezident mükafatına layiq görülüb. Açığı, sevindim; çünki bir insanın, daha doğrusu yaradıcı bir insanın əməyinə qiymət veriləndə, istər-istəməz haqq-ədalət öz yerini tutur, ədəbi ruh sakitlik tapır. Dərhal əmin oldum ki, Sona xanım da illərdir gözlədiyi arzusuna çatdığı üçün sevinc dənizində “boğulur”. Əlbəttə, onu təbrik etmək, sevincinə şərik olmaq bir qələm adamı kimi mənim də mənəvi haqqımdır. Əsas odur ki, Sona xanım yaradıcılığının hazırkı həddində də ruhsuz deyil, qələmə aldıqlarında – istər şeir olsun, istərsə də nəsr yazıları, ədəbi komponentləri ictimaete ötürə bilir. Bu, qələm adamı üçün çox vacib haldır: təltif olundun, ya olmadın, ədəbi ruhunu daim diri tutmalı, yazıb-yaratmalısan. 
Əslində, Sona xanıma təbrik sözüm çoxdur, uzunçuluq da etmək istəmirəm. Yaxından tanıdığım üçün sadəcə, bir kəlmə ilə demək istəyirəm ki, insan səbr edəndə, istəyinə yetir...
Təbrik edirəm, Sona Abbasəliqızı!


Hörmətlə
Hikmət Məlikzadə




VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI