Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Laçın” qırıcıları HAVAYA QALDIRILDI - Ermənistana və havadarlarına BƏD XƏBƏR

“Laçın” qırıcıları HAVAYA QALDIRILDI - Ermənistana və havadarlarına BƏD XƏBƏR
1-08-2023, 12:04 165 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan Türkiyədən modernizə edilmiş “Su-25" təyyarələri gətirib, qardaş ölkənin istehsalı olan ”ağıllı bomba"lardan atış öyrənilir; Ədalət Verdiyev: “Bu modernləşdirmə ilə Azərbaycan aviasiya vasitələrini NATO standartlarına yaxınlaşdırır”
Xəbər verildiyi kimi, iyulun 26-da Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin TUSAŞ şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi keçirilib. Sənəd müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmilərin iştirakı ilə imzalanıb. ”Yeni Müsavat" qeyd edir ki, müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan “ağıllı bomba” və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqətdə saxladığı layihədə qardaş ölkənin müdafiə sənayesinin daxili, eləcə də milli imkan və vasitələrindən maksimum istifadə edilməsi nəzərdə tutulub. Az sonra bəlli olub ki, Azərbaycanın Türkiyə ilə birgə modernizə edəcəyi “Su-25 ML” hücum təyyarələri “Laçın” adlanacaq. Bu haqda müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirlərinin iştirakı ilə keçirilən xidməti müşavirədə məlumat verilib. Nazir “Su-25 ML”-dən (modernizə edilmiş “Laçın”) atəş imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar da verib. Artıq “Laçın” ölkəmizə gətirilib və ilk sınaqları keçirilib. Bəs bu təyyarələr ordumuza havada hansı əlavə üstünlüklər vəd edir? Modernləşdirilmə ilə bağlı Rusiyadan razılıq alınıbmı? Çünki Rusiya “Su”ların istehsalıçıdır.
Ümumiyyətlə, Ermənistan İran, Hindistan, Fransa kimi ölkələrdən silahlanmaqla öz hərbi arsenalını yenidən dirçəldə biləcəyini hesablayır. Lakin Azərbaycan da boş oturub, əl-qolunu sallamayıb, ikinci müharibədən sonra da Ordumuzun silah-sursat anbarı yenilənir, modernləşdirilir. Azərbaycan xüsusən də İsrail və Türkiyə istehalı olan silahlarla hərbi sənaye kompleksini müasirləşdirir. İndisə modernizasiya edilmiş “Su-25" təyyarələri istifadəmizdədir. Onların ənənəvi versiyası ruslara aiddir və Ukraynada xeylisi vurulub. Lakin türk istehsalı olanlar ”ağıllı bomba" qırıcılarıdır. “Su-25" bu platformalardan biridir. ”Su-25"-lərə KGK inteqrasiyasına dair çalışmalar TUSAŞ ilə birgə həyata keçirilir. Qeyd edək ki, ötən ay Türkiyədə keçirilən “Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin ”Su-25" hücum təyyarəsinə KGK qanadlı tuşlama dəstinin inteqrasiya edildiyi görülmüşdü. Təlim zamanı Azərbaycan HHQ-nin “Su-25" təyyarəsi KGK qanadlı tuşlama dəsti ilə təchiz olunan aviasiya bombası ilə sınaq atışı həyata keçirmişdi və hədəfi 25 kilometr məsafədən yüksək dəqiqliklə məhv etmişdi.


Ədalət Verdiyev: Günün sonuna qədər düşmənin artan itkiləri barədə yeni  məlumatlar əldə edəcəyik - "İki sahil"
 

Ədalət Verdiyev 
Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a qeyd etdi ki, modernləşdirməni əvvəllər də həyata keçirmişik. Onun sözlərinə görə, həmin təyyarələri Vətən müharibəsində istifadə edəndə modernləşdirmədən keçirmişdik: “Türkiyədə ”KBR" və “KJK” adlanan sistemlərin inteqrasiyası tamamlanıb. Təyyarələrdən biri artıq Azərbaycana gətirilib və sınaq uçuşdan keçirilib, müsbət rəylər verilib. Hazırda modernləşdirmə fəaliyyəti davam etməkdədir. Bu müqavilə bir əvvəl imzalanmışdı".
Ə.Vəliyev bildirdi ki, yeni sistemlər sayəsində bir çox üstünlüklər əldə edəcəyik: “Azərbaycanın ”Laçın" versiyalı qırıcıları istənilən hava şəraitində gecə-gündüz fəaliyyət göstərmək imkanı əldə edəcəklər. Bundan başqa, dəqiq zərbə imkanları əldə edəcəklər, “F-16" və ”F-4" ilə sinxron fəaliyyət imkanlarına malik olacaqlar, yeni hədəflərə yönələ biləcəklər. Başqa sözlə desək, bu modernləşdirmə ilə Azərbaycan aviasiya vasitələrini NATO standartlarına yaxınlaşdırır".

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI