Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Tarixdə iz qoyan dahi şəxsiyyət

Tarixdə iz qoyan dahi şəxsiyyət
15-07-2023, 15:49 220 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Sibirin və Uzaq Şərqin böyük kəşfi – Baykal-Amur Magistralını sürətləndirən Heydər Əliyev nəhəngliyi

Dünyanın ən böyük dəmir yol magistrallarından biri Şərqi Sibir və Uzaq Şərqdə yerləşən Baykal – Amur Magistralıdır. Uzunluğu 4324 km olan BAM Transsibir magistralı ilə birlikdə Rusiyanın Sakit okeana çıxışına imkan yaradır. BAM özündə 200-dən artıq stansiya və yol qovşağını birləşdirir. Magistralın keçdiyi ərazi sərt iqliminə və mürəkkəb relyefinə görə fərqləndiyindən hələ SSRİ dövründə BAM-ı "Əsrin tikintisi” adlandırırdılar. 11 axar çay üzərində, 7 böyük dağ silsiləsinin içindən çəkilən BAM təkcə böyüklüyünə görə deyil, həm də iqtisadi baxımdan dünyanın "ən”lərindən biridir.

BAM-ın tarixini bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ ötən əsrin 30-cu illərini əhatə edir. O vaxt SSRİ rəhbərliyi Uzaq Şərqlə gediş-gəlişi yaxşılaşdırmaq üçün bu layihəni həyata keçirmək qərarına gəlmişdi. 1926-cı ildə ərazidə topoqrafik kəşfiyyat aparıldıqdan sora 1932-ci ildə tikintiyə start verilmişdi. Yeri gəlmişkən, BAM-nın ilk inşaatçılarının bir hissəsi islah-əmək dügərgələrinin "sakinləri”, başqa sözlə, məhbuslar idi. Qeyri-rəsmi məlumatlara görə tikinti zamanı 200 min məhbusun əməyindən istifadə olunub. 

Böyük Vətən Müharibəsi və bir sıra başqa nüanslar layihənin yarımçıq saxlanılmasına səbəb olmuşdu. Təkcə təxirə düşməsinə deyil, hətta dağıdılmasına. Belə ki, 1942-ci ilin yanvarında Dövlət Müdafiə Komitəsinin qərarı ilə hazır olan dəmir yolu xətləri sökülərək başqa ehtiyaclar üçün istifadə edilmişdi. Hər halda müharibədən sonra BAM-ın tikintisinə yenidən diqqət və ehtiyac artmış və 1958-ci ildə magistralın Tayşet - Bratsk - Ust-Kut hissəsi istifadəyə verilmişdi. 
Çətin relyef, maliyyə çatışmazlığı və başqa problemlər BAM-ın tam tikintisini 70-ci illərə kimi təxirə salsa da, 1974-cü ildə SSRİ rəhbərliyi "Baykal-Amur dəmir yolunun tikintisi haqqında” qərar qəbul etməklə işləri yenidən canlandırmış və BAM-ın tikintisində yeni mərhələ başlamışdı. Özü də bu dəfə tikintiyə əvvəlki mərhələ ilə müqayisədə bir neçə dəfə çox insan, əsasən də gənclər cəlb edilmişdi. Həmin dövrdə xeyli azərbaycanlı da BAM-ın tikintisində yaxından iştirak edib.
 
Maraqlı fakt: Magistralın 210-cu km-də yerləşən Ulkan stansiyasını həmyerlilərimiz inşa ediblər. Stansiya ətrafındakı Ulkan qəsəbəsi də onların "əl işidir”. Özü də azərbaycanlıların iştirakı ilə tikilən 209 km uzunluğunda dəmir yolu vaxtından 2 ay əvvəl təhvil verilmişdi. Yeri gəlmişkən, Buryatiyadakı Anqoya qəsəbəsinin də inşaatçıları azərbaycanlılar olub. Təbii ki, bütün bu gözöxşayan faktlarda bir insanın əməyi daha böyükdür. Həmin insan Ulu Öndər Heydər Əliyevdir. Məhz respublikamıza rəhbəhlik etdiyi dövrdə onun gənclərə müraciətindən sonra Azərbaycandan uzaq Sibirə gənclərin axını başlamışdı. Bu da hələ SSRi dövründə xalqımızın rəhbərini necə sevməsinin bariz göstəricisidir.

BAM-ın tikintisində Heydər Əliyevin rolu təkcə bununla bitmir. 80-ci illərdə işlər "dalana dirənir” və SSRİ rəhbərliyi SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini Heydər Əliyevə tikinti üzrə komissiyanın sədri vəzifəsinin icrası tapşırılır. Qeyd edək ki, Ulu Öndər hələ 1982-ci ilin dekabrında Moskvaya dəvət olunaraq Nazirlər Soveti Sədrinin 1-ci müavini təyin edilmişdi. Bundan az əvvəl isə Yuri Andropov hakimiyyətə gətirilmişdi. Yeni komandanın qarşısına qoyduğu vəzifələrdən biri də sözügedən tikintini qısa zamanda başa çatdırmaq idi.
Problemli ərazilərə səfər edən Heydər Əliyev Baykal-Amur Magistralının tikintisi ilə əlaqədar vəziyyəti Siyasi Büronun iclaslarında məruzə edir. 1983-cü ilin 9 dekabrında Heydər Əliyevin sədrliyi ilə SSRİ Nazirlər Sovetinin BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının iclasında magistralın 1984-cü ildə təhvil verilməsi vəzifəsi məqsəd kimi qarşıya qoyulur. Ümumiyyətlə, BAM SSRİ üçün strateji əhəmiyyətli idi. Buna baxmayaraq, istər rəhbər şəxslər, istərsə də sıravi vətəndaşlar arasında BAM-ın tikintisini narazılıqla qarşılayanlar da az deyildi. Amma yüksək idarəetmə qabiliyyətinə malik Heydər Əliyev magistralın tikintisində yaranan problemlərin həll olunacağına inanırdı və zamanla bunu etməyi bacardı.
 


Əvvəllər layihəyə rəhbərlik edən şəxslərdən fərqli olaraq Heydər Əliyev BAM-da olduğu zaman problemləri yerindəcə həll etməyi bacarırdı. BAM-ın tikintisində ən böyük problem Severomuyski tuneli ilə bağlıydı. 10 il idi ki, yeraltı çaylar üzündən bu tuneli inşa etmək mümkünsüzə dönmüşdü. Problemin həlli yolu isə tapılmırdı. Amma Heydər Əliyev bu problemi iti zəkası hesabına həll etməyi bacardı. Təhlükəli olsa da, xəttin dolayı yolla çəkilməsini məsləhət gördü və layihənin aqibəti "sual işarəsinin altından çıxdı”. O vaxtlar "Bamtonnelstroy”un rəhbəri olmuş R.Baysarovun xatirələrindən: "Tikintiyə cəlb edilən xarici mütəxəssislər bunun mümkünsüz olduğunu deyirdilər. Bizə də bunu tövsiyyə edirdilər. Cəmi 45 km tunel tikmişdik, bu tunel isə 15,5 km-dir. Əvvəlcə cəmi 8 tunel tikmək nəzərdə tutulmuşdu. Fəhlələr Heydər Əliyevə əlavə 2 dolanbac tunelin tikilməsinin də vacib olduğunu bildirdikdən sonra o, yerindəcə qərar qəbul etdi. Təsəvvür edirsiz, orada 2 dolanbac tunel inşa olundu? Bu tunellər dünyada ən mürəkkəb tunellərdən biridir. Heydər Əliyev çətin işləri az itkilərlə həll edən bacarıqlı şəxsiyyət idi”.

Heydər Əliyevin bacarığı və iradəsi ilə BAM-nın şərq və qərb hissələri birləşdirildi və 1984-cü il oktyabrın 27-də istifadəyə verildi. Bu layihə hesabına ölkənin bir başından o biri başına yük və sərnişin daşımalarında olan problem böyük ölçüdə həllini tapdı. 

Bir il sonra BAM-ın tikintisində növbəti mərhələ başladı. Amma SSRİ-ni süquta aparan həmin illərdəki siyasi çəkişmələr layihənin tam başa çatdırılmasını arxa plana atdı. Hər halda SSRİ dağıldıqdan sonra qalan işlər Rusiya höküməti tərəfindən başa çatdırıldı və zaman-zaman magistralın genişləndirilməsi, yenilənməsi istiqamətində işlər aparılır. Axı, BAM Rusiyanın dəmir yolunun aortasıdır və ona qulluq lazımdır.

Heydər Əliyevin, onun bir vaxtlar etdiyi çağırışa qoşulan azərbaycanlıların BAM-ın tikintisindəki əməyi Rusiya dövləri və xalqı tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, 2008-ci ildə azərbaycanlıların inşa etdiyi Anqoya stansiyasına Ulu Öndərin adı verilib. Heydər Əliyevin adının stansiyaya verildiyi mərasimdə çıxış edən "Rusiya Dəmir Yolu” ASC-nin prezidenti Vladimir Yakunin çıxışında onun BAM-nın tikintisində misilsiz töhfələr verdiyini xüsulilə qeyd edib. 

"Sovet İttifaqının rəhbərlərindən biri, SSRİ Nazirlər Sovetinin xüsusi komissiyasına başçılıq etmiş bir şəxs kimi mənə 1984-cü ildə magistralın çəkilmiş hissəsindən keçmək və tikintidə iştirak etmiş insanların bir çoxu ilə görüşmək nəsib olmuşdu. Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından istifadə edilməsi və məhsuldar qüvvələrinin inkişafının sürətləndirilməsi ilə əlaqədar BAM-a böyük ümidlər bəslənilirdi. SSRİ-nin süqutuna gətirib çıxarmış mürəkkəb siyasi proseslər 1984-cü ildə magistralın tikintisi üzrə SSRİ Nazirlər Soveti komissiyasının səyyar iclasda nəzərdə tutulanların hamısını tam həcmdə həyata keçirməyə imkan vermədi. BAM tayqa, yolsuzluq və tam donuşluq şəraitində işləmiş, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır”. Bu sözlər BAM-nın inşasının başlanmasının 25 illiyi ilə əlaqədar Heydər Əliyev tərəfindən ünvanlanmış teleqramdandır. Heydər Əliyevin dediyi kimi, təkcə BAM-ın tikintisində iştirak edən insanlar deyil, həm də Ulu Öndərin özü, Azərbaycan, dünya xalqları üçün gördüyü işlər də tarixin səhifələrinə  silinməz hərflərlə yazılıb.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI