Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Arzu edirəm ki, Ulu Öndərimizin yaratdığı müasir Azərbaycan dövləti dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilsin” – MÜSAHİB

“Arzu edirəm ki, Ulu Öndərimizin yaratdığı müasir Azərbaycan dövləti dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilsin” – MÜSAHİB
15-07-2023, 12:48 275 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
VETENİM-AZERBAYCANDIR.AZ xəbər portalının müsahibi “BUTA” körpələr evi – uşaq bağçasının rəhbəri, Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri Günay Ağamalıdır.
– Günay xanım, zəhmət olmasa oxucularımız üçün ilk öncə özünüz və ictimai-siyasi fəaliyyətiniz haqqında məlumat verərdiniz.
– Özüm haqqında nə deyə bilərəm, mən cəmiyyətimizdə kifayət qədər tanınan, hələ gənc yaşlarından Azərbaycanın müstəqilliyi uğrunda gizli tələbə dərnəklərində fəal iştirak edən, Milli Azadlıq Hərəkatının öncüllərindən biri, Millət vəkili Fəzail Ağamalının ailəsində dünyaya gəlmişəm.
Etiraf edim ki, mənim uşaqlıq, yeniyetməlik və gənclik illərim Azərbaycanda başlayan və genişmiqyas alan  ictimai-siyasi burulğanların içərisində, azadlıq mübarizəsinin fonunda keçibdir. Və bu mənim dünyagörüşümə təsirsiz ötüşməyibdir. Həm ölkəmizdə gedən bu proseslərdə, həm də atamın Milli Azadlıq Hərəkatında oynamış olduğu rol, evdə apardığı söhbətlər, atamın hələ mən 6-7 yaşında olanda Azərbaycan himnini mənə öyrədərək bərabər səsləndirməyimiz, dünyagörüşümün, həyat mövqeyimin formalaşmasında özünün ciddi təsirini göstərib.
– Sözsüz ki, bir ictimai xanım kimi, hər zaman diqqətdə saxladığınız məqamlardan biri də müharibə qaziləri və şəhid ailələridir. Bu istiqamətdə hansı fəaliyyətləri həyata keçiribsiz və yeni hansı təşəbbüslər planlayırsız?
– Bizim hər birimiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşüb həlak olan və şəhidlik zirvəsinə qalxan igidlərimizə, qəhrəmanlıqla döyüşən qazilərimizə hörmət və sayqı ilə yanaşmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur. Ona görə də hər zaman biz onlarla bərabər olmalıyıq. Bərabər olmalıyıq ki, onlar özlərini tənha hiss etməsinlər.
– Günay xanım, istərdik ki, biraz da sahibkar xanım kimi fikirlərinizi alaq. Rəhbərlik etdiyiniz “Buta” körpələr evi – uşaq bağçasının fəaliyyəti barədə məlumat verərdiniz.
– Mən Qərb Universitetinin ingilis-dili üzrə tərcüməçilik ixtisasını, daha sonra Dillər Universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. Bir müddət universitetin nəzdində olan Tərcümə Araşdırmalar Mərkəzində çalışmışam. Orada çalışdığım müddətdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Yenidənhazırlanma Təhsili üzrə Praktik Psixoloq ixtisasını almışam. 2014 – cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş və “Məktəbəqədər yaşlı uşaqlarda əqli keyfiyyətlərin formalaşmasının psixoloji keyfiyyətləri” mövzusunda dissertasiyanı müdafiə şurasına təqdim etmişəm. Hazırda müdafiə dönəmindəyəm. Məktəbəqədər yaşlı uşaqlarda əqli keyfiyyətlərin formalaşmasının psixoloji xüsusiyyətləri mövzusunda  çoxsaylı elmi məqalələrin və tezislərin müəllifiyəm. Kiçik fidanlarımızla işləmək, onlarla birlikdə olmaq məni həmişə özünə cəlb edirdi. Ona görə də qərara gəldim ki, körpələr evi, uşaq baxçası yaradım və orda körpə balalarımızın təlim-tərbiyəsilə, onların Azərbaycana,  dövlətimizə və vətənimizə sədaqətli bir vətəndaş kimi formalaşmasında töhvələrimi verim. Bunun üçün “Buta”  körpələr evi və uşaq baxçasını təsis etdim. Artıq 12 ildən çoxdur ki, “Buta” uşaq  baxçasına rəhbərlik edirəm. Məzunlarımız artıq ali məktəblərdə özlərini təsdiq etmişlər və tam əminəm ki, onlar gələcəkdə harada işləmələrindən asılı olmayaraq Vətənimizə və xalqımıza sədaqətlə xidmət edəcəklər.
– “Ana Vətən” Partiyasının təmsilçisi kimi, hər zaman dövlət və dövlətçiliyimizlə bağlı vətənpərvər mövqedən çıxış edirsiz. Azərbaycanın bugünkü siyasəti və beynəlxalq arenada siyasi mövqeyi barədə nələr deyə bilərsiniz?
– Ana Vətən Partiyası dövlət və dövlətçiliyimizlə bağlı atdığı bütün  addımlar onun təməl prinsipinə söykənir və əlbəttə ki, vətənpərvərlik də partiyamızın başlıca prioritet vəzifələrindən biridir. Bu baxımdan partiyada çalışdığım illərdə onun təməl prinsipləri üzərində fəaliyyətimi qurmağa çalışıram. Mənim fəaliyyətim daha çox ictimai mahiyyət  daşıyır. Azərbaycan bu gün dünyanın ən nüfuzlu, ciddi və məsuliyyətli dövlətlərindən biridir.
– Bildiyimiz kimi ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarda sürətli şəkildə bərpa işləri davam etməkdədir. Bu barədə nələr qeyd edə bilərsiniz.
– Ruhu qarşısında hər zaman baş əydiyimiz Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu, yaratdığı müasir Azərbaycan dövləti Cənubi Qafqazın lider dövlətidir. 44 günlük müharibədən sonra bu liderlik statusu daha da genişləndi. Dövlətimizin bugünkü nüfuzu əlbəttə birbaşa möhtərəm cənab prezident İlham Əliyevin gərgin, peşəkar, uzaqörən siyasəti ilə bağlıdır. Hər birimiz belə bir məsuliyyətli, belə bir ciddi nüfuzlu dövlətin və ölkənin vətəndaşı olmaqdan qürur duymalıyıq. İşğaldan azad edilən torpaqlarımızda bərpa və quruculuq işləri geniş xarakter almışdır. Bu da hər şeydən öncə dövlətimizin gücündən qaynaqlanır.
– Günay xanım, sözsüz ki, sizin bugünkü fəaliyyətiniz göz qabağındadır və bu münasibətlə bir çox yerli və beynəlxalq tədbirlərdə mükakafatlara layiq görülürsünüz. Yenicə fəaliyyətə başlayan gənc xanımlara nələr tövsiyə edərsiniz?
– Etiraf edim ki, fəaliyyətimdə hər hansı bir təltifi, mükafatı heç zaman gözləməmişəm. Sağ olsunlar fəaliyyətim qiymətləndirənlər və təltif edənlər. Mənə diqqət göstərən hər bir kəsə təşəkkürümü bildirirəm.
Qadınlar hər bir cəmiyyətdə aparıcı mövqeyə malikdilər. Əlbəttə  söhbət hüquqi, demokratik, dünyəvi dövlətdən gedir. Azərbaycan da  hüquqi, demokratik, dünyəvi dövlətdir və Azərbaycanda xanımlar üçün hər hansı bir məhdudiyyət yoxdur. Və onlar öz hədəflərinə çatmaq üçün geniş imkanlara malikdirlər. Mən bütün xanımlarımıza tövsiyyə edərdim ki, öz məqsədlərinə doğru inamla, dayanmadan, yorulmadan çatmaq uğrunda  iradələrini ortaya qoysunlar. Harada olmasından, harada yaşamasından və çalışmasından asılı olmayaraq Azərbaycana bağlı olsunlar. Millətimizə, dövlətimizə sədaqətlə xidmət etdirsinlər.
– Son sualımız budur ki, Günay Ağamalı üçün ictimai-siyasi xadim, sahibkar qadın yoxsa ailə xanımı olmaq daha xoşdur və hansı daha çətindir?
– Doğrusu deyim ki, özümü ictimai-siyasi xadim kimi qiymətləndirmək istəməzdim. Mən sadəcə olaraq, fəaliyyətimin bir hissəsini bəlli olduğu kimi ictimai proseslərdə iştirakda ifadə edirəm. Bu mənim içimdən gələn istək və vətəndaşlıq mövqeyimdir. Arzulayıram ki, ölkəmiz, dövlətimz güclü olsun və Ulu Öndərimizin yaratdığı müasir Azərbaycan dövləti dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilsin. Bu bizim hər birimiz üçün böyük qürurdur. Bu baxımdan əlimizdən gələni etməliyik, necə deyərlər Azərbaycanın güclənməsi üçün, onun dünyamiqyasında mövqeyinin artması üçün bir vətəndaş olaraq əlimizdən gələni əsirgəməli deyilik. Sahibkarlıq təbii ki, mənim birbaşa uşaqlara, körpələrə olan sevgimlə bağlıdır. Dolayısı ilə sahibkarlıq fəaliyyətim Azərbaycana vətənpərvər övladların, dövlətdə sədaqətli insanların formalaşmasında verə biləcəyim töhvə ilə birbaşa bağlıdır, bu peşə mənim seçimimdir. Bu peşədən çox böyük zövq alıram. Hər bir peşənin öz çətinlikləri var. Əsas odur ki, bu çətinlikdən qorxmayasan, çəkinməyəsən və hədəfinə doğru ardıcıl, sistemli, düşünülmüş şəkildə getməyi bacarasan. Ailə dəyərlərinin qorunması yükünün ağırlığı xanımların çiyinləri üzərindədir. Bu dəyərləri qoruyub saxlamaq Azərbaycan xanımının üstün keyfiyyətlərindən biridir və ona sədaqət bizim müqəddəs borcumuzdur.
– Təşəkkür edirik Günay xanım!


image-dogru-002image-dogru-003image-dogru-001

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI