Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

BMT Quranın müdafiəsinə qalxdı - İsveçi necə cəzalandırmalı?

BMT Quranın müdafiəsinə qalxdı - İsveçi necə cəzalandırmalı?
15-07-2023, 10:47 247 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Ekspertlərə görə, təşkilatın qərarı tövsiyə xarakterlidir, amma...

İyulun 12-də BMT-nin İnsan Hüquqları Şurası səsvermənin nəticələrinə əsasən, müqəddəs kitabların yandırılması ilə bağlı hərəkətləri pisləyən qətnamə qəbul edilib. Sənəddə Qurani-Kərimin açıq və məqsədyönlü şəkildə təhqir edilməsinə dair son zamanlar həyata keçirilən  aktlar pislənilir və qəti şəkildə rədd edilir.
Qeyd edək ki, BMT-də İsveçdə Quranın yandırılması ilə bağlı növbədənkənar sessiyada səsvermə keçirilib. 28 ölkənin nümayəndəsi lehinə, 12-si əleyhinə səs verib, 7 nümayəndə bitərəf qalıb. Rusiya bu qətnaməni dəstəkləyib, lakin şuranın üzvü olmadığı üçün səs verə bilməyib.
Məlumdur ki, İsveçdə dinsiz-imansızlar ifadə azadlığını bəhanə edərək, yenə müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırmağa hazırlaşırlar. Hökumət isə təməl azadlıqlardan olan etiqad azadlığına qarşı bu əxlaqsız aksiyanı önləmək üçün ciddi addım atmaq istəmir. BMT-nin qərarı bu xüsusda hökuməti, nəhayət, adekvat addım atmağa vadar edə bilərmi? Bu baş verməzsə, İsveçin cəzalandırılması məsələsinin BMT gündəliyinə gətirilməsi mümkünmü?
Yada salaq ki, danimarkalı siyasətçi və hüquqşünas, ifrat sağçı “Sərt kurs” (Stram Kurs) partiyasının rəhbəri Rasmus Paludan İsveçdə təşkil etdiyi aksiyada Quranı yandırandan sonra bütün Avropanı müsəlmanların etirazları bürüyüb. Yüzlərlə müsəlman İsveçin Stokholm, Linçepinq, Landskrun, Malmö kimi şəhərlərində etirazlara çıxır, polislə toqquşur, iğtişaş yaradır, maşınları yandırırlar.
İsveç pasportu alan Rasmus Paludan qatı anti-İslam mövqeyi ilə tanan qalmaqallı siyasətçidir. O, 2019-cu ildə Kopenhagendə mitinq zamanı da Quranı yandırmışdı. Bu hərəkəti toqquşmalara səbəb olmuş, nəticədə onlarla insan həbs edilmiş, siyasətçinin başından daşla vuran bir nəfər gənc Suriya qaçqınının Danimarkaya girişinə ömürlük qadağa qoyulmuşdu.
Məhkəmələrə müraciətlər artdı -
Vüsalə Əhmədova
Beynəlxalq hüquq üzrə ekspert Vüsalə Əhmədova mövzu ilə bağlı dedi ki,  BMT-nin İnsan Hüquqları Şurası bir siyasi orqandır: “Qurum ölkələrdəki insan hüquqlarının vəziyyətinin, işgəncə, fikir və ifadə azadlığı və bu kimi sahələrdə insan hüquqlarının pozulması hallarının araşdırılması, hesabat verilməsi və müvafiq qərarların qəbulunu həyata keçirir. Əlavə olaraq, "universal dövri baxış mexanizmi" (Universal Periodic Review) çərçivəsində bütün dövlətlərdə insan hüquqlarının vəziyyətini araşdırmaq səlahiyyətinə malik olması qurumun əhəmiyyətini bir qədər də artırır. Lakin Şuranın qərarları tövsiyə xarakterlidir, heç bir sanksiya qüvvəsi yoxdur. Ancaq bir ölkə əleyhinə alınmış qərarların çoxluq təşkil etməsi həmin ölkənin dünyada imicinin sarsılmasına yol açır. Bundan əlavə, bu qərarlar beynəlxalq ictimai rəyin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Quranı hədəf alan və “dinə nifrət” olaraq xarakterizə edilən hücumların pislənməsini tələb edən qanun layihəsi 47 nəfərlik şurada səsverməyə çıxarıldı.
Səsvermənin nəticələrinə baxsaq, Qərb ölkələrinin əksəriyyəti qərarın əleyhinə səs verib. Buradan belə nəticə çıxarmaq olar ki, Qərb ölkələri “ifadə azadlığı”na daha çox üstünlük verir. Buna rəğmən, Qurana edilən hücumlar pislənilib. Qətnamədə BMT İnsan Hüquqları üzrə rəhbərliyindən dinə nifrətlə bağlı hesabat dərc etməsi tələb olunur. Əlavə olaraq, “dini nifrət və təbliğat aktları”nın qarşısının alınmasına və həmin aktları təşkil edən şəxslərin mühakimə olunmasına mane ola biləcək boşluqları doldurmaları üçün dövlətlərə öz yerli qanunlarına yenidən baxmaları tələb olunur. Ölkələrin qanunverici orqanlarının bu rəyi diqqətə alıb-almayacağını isə zaman göstərəcək".
Tanınmış ictimai-siyasi xadim Çingiz Qənizadə YAP-a üzv oldu - EKSKLÜZİV
Çingiz Qənizadə
Sabiq deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə də mövzu ilə bağlı dedi ki, BMT-nin qətnamələri tövsiyə xarakterlidir: “Ölkələri bu cür addımlardan çəkinməyə vadar edir. Əgər məcburi və imperativ olsaydı, BMT-nin 4 qətnaməsi vardı və Ermənistana 30 il müddətində hansısa bir tədbirlər görmüş olardı. Amma müqəddəs kitabların yandırılması ilə bağlı BMT-nin qəbul etdiyi qərar təbii ki, alqışlanmalıdır. Çünki bu əslində dini ədavətin qızışdırılmasına yönələn bir hərəkətdir. Dinlə bağlı ədavətin qızışdırılması da həmişə çox böyük təhlükəli nəticələrə gətirib çıxara bilər. İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı İsveç hökumətinin ciddi addımlar atmaması və bunu insan hüquqları kimi dəyərləndirilməsi də təbii ki, başa düşülən deyil.
Belə hesab edirəm ki, İsveçdə yerli məhkəmə və digər hüquq-mühafizə orqanları gələcəkdə BMT-nin bu qətnaməsini də rəhbər tutaraq bu cür addımların qarşısını ala bilərlər. Bu birinci dəfə deyil ki, Avropanın mərkəzində bu cür nalayiq hərəkətlər edir, İsveçdə Qurani-Kərim, müsəlmanların müqəddəs kitabı açıq şəkildə yandırılır. Buna dini ədavətin qızışdırılmasından başqa nə ad vermək olar. Məgər bu ifadə azadlığıdır? Bəhanə edirlər ki, guya ifadə azadlığıdır. Tamamilə yanlışdır. Belə hesab edirəm ki, İsveç hökumətinin və hüquq-mühafizə orqanlarının içində olan müəyyən revanşist qüvvələr var ki, onlar milli etiqadın qızışdırılması ilə bağlı, ədavətin salınması ilə bağlı addımlar atan, hər kəsə dəstək verən sifarişləri yerinə yetirirlər. Bu da olduqca təhlükəlidir.
BMT-nin dini kitablarla bağlı qətnamə qəbul etməsi təbii ki, müsbətdir. Amma bu qətnaməni rəhbər tutaraq BMT İsveçi gələcəkdə cəzalandıra bilər sualına gəldikdə hesab edirəm ki, yox. Çünki BMT-nin bu cür mexanizmlərin icra edilməsi ilə bağlı cəzalandırma sistemi yoxdur. Sadəcə, hökumətə, siyasi hakimiyyətə, hüquq-mühafizə orqanlarına belə bir təşkilatın qətnaməsi var deyə müəyyən addımların atılmasına rəvac verə bilər. Yenə də yerli hökumət və hüquq-mühafizə orqanları bunu istəyirlərsə. Qalan hallarda isə İsveçin, yaxud digər Avropa ölkələrinin mərkəzində müqəddəs kitabların yandırılmasına görə o dövlətlərin cəzalandırılmasını mən görmürəm".

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI