14:12 - Prezident: "Bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz"
14:11 - Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
14:08 - Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
14:02 - Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
13:56 - Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
13:47 - Azərbaycanda Dövlət Suverenliyi Günüdür
00:20 - Şuşada Bayraq Meydanının açılışı olub
00:12 - Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub
00:10 - Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
00:07 - İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub
00:02 - Ağdam şəhərində "İmarət" stadionunun təməli qoyulub
23:53 - Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb
Milli Məclis sədrinin müavini: Zəngəzur dəhlizi türk dünyasını birləşdirən körpü olacaq
Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində işğal altında olan torpaqlarımız həmişəlik azad edilməklə ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. İndi isə qarşıda dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bölgədəki nəqliyyat əlaqələrinin də bərpasıdır. İnanırıq ki, xalqımız Azərbaycan torpağı olan və 101 ildir ki, əsas parçasından ayrı düşmüş Zəngəzura qayıdacaq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
Sədr müavini Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinin Zəngəzura qayıdış üçün zəmin yaratdığını bildirib. Eyni zamanda, cari ilin yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi əsas verir.
A.Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi tarixi torpağımız olmaqla yanaşı, ölkəmizi qardaş Türkiyə vasitəsilə bütöv bir dünyaya bağlayan strateji yol olacaq: “Zəngəzurun bizdən alınaraq Ermənistana birləşdirilməsi, eyni zamanda, türk dünyasını parçalamaq məqsədi daşıyırdı. İndi isə tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən bir körpü olacaq. Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq”.
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qısa bir müddət ərzində ölkəmiz vasitəsilə Avropaya çatdırılması təmin ediləcək: “Ulu öndər Heydər Əliyevin reallaşdırmaq istədiyi və inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolunun tikintisi layihəsi o zamankı Ermənistan rəhbərliyinin etirazlarından sonra dayandırılmışdı. Bu gün isə dövlətimizin başçısı İlham Əliyev bu ideyanı da həyata keçirərək Ulu Öndərin uzun illər əvvəl hazırlamış olduğu strategiyanı çox böyük uğurla davam etdirir. Artıq Ermənistan tərəfi Zəngəzur dəhlizinin icrasına heç bir ciddi maneə yarada bilməz, belə ki, tarixi həqiqət bizim yanımızda olmaqla yanaşı, hüquqi sənədlər də dəhlizin reallaşdırılmasına şərait yaradır. Habelə tranzit olaraq bu dəhlizin təmin edəcəyi logistik imkanlar həm də Ermənistanın xeyrinə olacaq”.