Ermənistan təxribat tapşırığını kimdən alır? - Bölüşdürülə bilinməyən ambisiyalar...
11-07-2023, 12:04
152 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Ermənistan Azərbaycan sərhədində istərsə də Qarabağda yerləşən separatçı dəstələr tərəfindən tez-tez atəşkəsin pozulması hallarının baş verməsi onların həyata keçirtdikləri təxribat əməllərini Rusiyadakı bəzi dairələrin tapşırığı ilə qiymətləndirmək olar.
Bu barədə hərbi-siyasi ekspert Telman Qasımov deyib.
Onun sözlərinə görə, son zamanlar Amerikanın Ermənistanda yeni təyin olunmuş səfirin bu yaxınlarda Qarabağda olan ermənilərin Azərbaycanın tərkibində qalıb təhlükəsiz yaşamaları mesajını verməsi və Araik Arutyunyanın Putinə göndərdiyi məktubla bağlı olan məsələlər onu göstərir ki, hələdə Rusiya və Amerika nəinki regionumuzu bölüşürlər, Cənubi Qafqazdan fərqli olaraq Qarabağda olan məsələlərə bağlı öz aralarında böyük bir "döyüş" gedir.
"Hər iki ölkə istəyir ki, orda öz nüfuzunu qoruyub saxlaya bilsin. Amerika Azərbaycanın maraqlarına uyğun olaraq açıqlama verən kimi dərhal Rusiya təxribatlara əl atır. Bununla göstərmək istəyir ki, Amerika nə qədər çalışsa ki, regionda özünü güc kimi region ölkələrdən birinə dəstəkçi kimi göstərsə bunun əvəzinə təxribat yaradır. Amerikanın Ermənistandakı səfirini açqlaması Ermənistanda da qalmaqala səbəb olub. Ermənistan həmişə böyük dövlətlərin himayəsində olub. Hazırki vəziyyət dəyişib. Rusiya və Amerika çalışır ki, sülh danışıqları öz maraqlarına uyğun imzalansın. Paşinyan özü də "sürüşkən" siyasət yürüdür. O həm Amerikaya müxtəlif vədlər versə də qayıtdıqdan sonra fərqli addımlar atır. Artıq Amerika da bunu başa düşür. Bu səbəbdən də ordakı səfiri konkret açıqlamalar verdi."
Ekspert qeyd edib ki, Paşinyana sülh müqaviləsinin bağlanmasına həm daxildə həm də, xaricdə mane olanlar var.
"Paşinyan çıxılmaz vəziyyətdə qalıb. Artunyanın Rusiyaya məktubundan və Vardanyanın ritorikasın Amerikanı qıcıqlandırır. Bir sözlə Qarabağda sülh müqaviləsinin imzalanması yaxın zamanlarda gözlənilmir. Artıq Amerika da bu mövzuda ölkəmizin maraqlarına uyğun siyasət yürüdür.Rusiya sülhməramlılarının ərazilərimizi tərk etməsinə ilyarım vaxt qalıb. Getdikcə də atəşkəsin pozulma halları daha da intensivləşəcək. Buna görə də ayıq-sayıq olmalıyıq", - deyə o qeyd edib.
Qeyd edək ki, bugün saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini də atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.VETENİM-AZERBAYCANDIR.AZ
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<