Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ermənilər təlaşda: İrəvan nə edəcəyini bilmir

Ermənilər təlaşda: İrəvan nə edəcəyini bilmir
8-07-2023, 10:30 129 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Ermənistanınn hakimiyyət dairələri ilə yanaşı, qarabağlı ermənilərin separatçı rejimi nə edəcəklərini bilmirlər. Onları ümidləri sürətlə tükənir...
Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq qrupunun üzvləri və Aİ-ni təmsil edən bir neçə deputat Həkəri çayının sahilində olublar.
Onları Ermənistanın AŞPA-dakı nümayəndəliyinin üzvü Arman Xaçatryan müşayiət edib.
Avropalı deputatlar və siyasətçilər Ermənistanla Azərbaycan arasındakı şərti dövlət sərhədinin yaxınlığında, Həkəri çayının üzərindəki körpünün qarşısında duraraq bir müddət Laçın yoluna baxıblar.
Daha sonra heyət İrəvana qayıdıb, bir qədər keçəndən sonra isə sosial şəbəkələrdəki akkauntlarında və profillərində ənənəvi vaysınma paylaşaraq "Ermənistanla Xankəndindini birləşdirən yeganə yolu bağlayan, qarabağlı erməniləri blokdaya alaraq aclığa və qıtlığa düçar edən qəddar azərbaycanlılar"dan bəhs ediblər.
Bu avropalı siyasətçilər rəsmi Bakını Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Laçın yolu ilə bağlı qərarına tam əməl etməyə çağırıblar.
Xatırladaq ki, ötən ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri əsas gətirərək Ermənistanın 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarına dəyişiklik edilməsi barədə tələbini rədd etmişdi.
Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib.
Ermənistan 2023-cü il mayın 12-də Laçın sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdi.
Halbuki rəsmi İrəvanın Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbi əsassızdır.
Ermənistanın baş naziri Nikol Paşinyanın və onun komandasının mənsublarının BƏM-nin son qərarını "Əslində, bu, İrəvanın qələbəsidir: ilkin və əsas qərarda Laçın yolunun dərhal açılması, süni maneələrin və xüsusilə də sərhəd-keçid məntəqəsinin ləğvi tələb olunur" formasında şərh etməsi ironiya doğurur.
Məhkəmənin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən qərarı məntiqidir.
Ermənistan tərəfinin son qərarı yanlış şərh etməsi çıxılmaz vəziyyətdən fikri yayındırmaq cəhdi kimi dəyərləndirilə bilər.
Ölkəmizin Həkəri çayı üzərindəki körpünün yaxınlığında, Laçın yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərin mühafizəsi üzrə suveren hüququ olmaqla yanaşı, rəsmi Bakının müstəqil qərarıdır.
Bəlli ki, Bakı belə addım atmağa məcburdu, çünki Azərbaycanın təhlükəsizliyini və sülh perspektivlərini təhdid edən, suveren ərazimizə qeyri-qanuni olaraq silah-sursat, hərbi texnika və hərbçilərin axınının dayandırılması gərəkirdi.
Sərhəd nəzarət buraxılış məntəqəsi yaradılandan etibarən erməni əsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəlikləri çərçivəsində giriş-çıxışda sərhəd nəzarətinin ayrı-seçkilik olmadan həyata keçirildiyi sərhəd buraxılış məntəqəsindən keçməkdədirlər.
Ölkəmiz Beynəlxalq Ədalət Məhkəməsinin qərarını və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirir.
BƏM-in ermənilərin vəsatətini rədd etməsi isə birmənalı olaraq göstərir ki, Qərb ölkəmizin Ermənistanla şərti dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaratmasını normal, suveren hüquqdan doğan qərar hesab edir.

Bu səbəbdən ermənilərin bütün çağırışlarına aə bəyanatlarına rəğmən, Laçın yolundakı sərhədçilərlə hərbçilərimizin çıxarılması ilə bağlı hər hansı öhdəliyimiz yoxdur, ola da bilməz.
Ermənistan rəhbərliyinin, Rusiyanın Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan qarabağlı ermənilərin, erməni diasporunun və xüsusilə də erməniləri dəstəkləyən müxtəlif dövlət başçılarının, siyasətçilərin, beynəlxalq təşkilatların durumu acınacaqlıdır.
44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan bəri onların quraşdırdıqları ideoloji-siyasi konstruksiyalar, təbliğat və propaqanda mexanizmləri dağılmaqdadır.
"Qarabağlı ermənilərin blokadası", "Azərbaycanın üçtərəfli bəyanatın şərtlərinə əməl etməməsi" və s. kimi iddiaların əsassızlığı bir daha təsdiqlənib.
Əslində, başqa cür ola da bilməz - situasiyanı absurd həddinə çatdırmaqla idiotizmi reallıq qismində qələmə vermək mümkün deyil.
Vəziyyətə nəzər salaq: rusiyalı sülhməramlıların hazırda olduqları arealda qarabağlı ermənilər yaşayırlar. Onların yetkinlik yaşına çatmış mənsublarının istisnasız olaraq hamısı (!) Ermənistan pasportu daşıyırlar.
Belədirsə, Azərbaycan öz ərazisinin kiçik hissəsində kompakt, özü də qanunsuz, azərbaycanlıların evlərini qəsb edərək yaşayan Ermənistan vətəndaşlarını necə "blokada"ya ala bilər?
Ermənistanla şərti dövlət sərhədimizdə keçid-buraxılış məntəqəsi yaratmaq qanun pozuntusu, humanizmə qarşı olan aktdır? Onda dünya dövlətlərinin hamısı antihumanistdir, öz ərazisindəki sakinləri "blokada"ya alır: axı bütün sərhədlərdə nəzarət-keçid məntəqələri var.
Azərbaycan qanunlarını və Konstitusiyasını tanımadıqlarını, üstəlik bundan sonra da tanımayacaqlarını deyərək Ermənistan pasportu daşıyan qarabağlı ermənilərlə rəsmi Bakı hələ çox, gərəkdiyindən dəfələrlə artıq dərəcədə humanist davranır.
Bir anlıq düüşünün: ABŞ-ın şimal ştatlarından birindəki kiçik ərazidə yaşayan amerikalılar separatçılığa başlayır, Vaşinqtondakı hakimiyyəti tanımadıqlarını, "müstəqil dövlət" qurduqlarını bəyan edirlər, qonşuluqdakı yaşayış məntəqlərəini ələ keçirir, oraların sakinlərinə divan tuturlar, sonra da Kanada pasportu daşıyaraq "milli müqəddaratı təyinetmə hüququ"ndan danışırlar.
Vaşinqton belə sakinlərlə nə edərdi? Cavab bəsitdir: polis, ordu və Milli Qvardiyanın birgə əməliyyatı keçirilər, separatçılıq məkanı ən qısa zamanda təmizlənər, separatçılar zərərsizləşdirilərdi.
Rəsmi Bakı hələlik belə radikal addım atmır, qarabağlı erməniləri Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək üçün sivil vasitələrin bütün spektrindən səbrlə istifadə etməyə çalışır.
İndiyədək istisnasız olaraq bütün beynəlxalq müstəvilərdə və strukturlarda erməniləri dəstəkləmiş ölkələrlə qurumlar belə, Bakının haqlı mövqe tutduğunu etiraf edirlər.
Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Kristian Kuininn Ermənistan İctimai Televiziyasına verdiyi açıqlamasını xatırlayaq: "Birləşmiş Ştatlar inanırlar ki, qarabağlı ermənilərin hüquqları və təhlükəsizliyi Azərbaycanın tərkibində təminq ediləcək. Bunun üçün bütün tərəflər səy göstərməlidir".
Qarabağ iqtisadi rayonunda konstitusion qayda yaradılacaq.
Ermənistan və qarabağlı ermənilər bunu istəsələr də, istəməsələr də.
Azərbaycan öz ərazisində separatizmə imkan verməyəcək.
Bu qədər sadə, aydın və konkret bir gerçək..


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI