19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Paşinyan müəlliminə və sahibinə qarşı: İrəvanda ara qarışır
VETENİM-AZERBAYCANDIR.AZ
Ermənistanda daxili siyasi gündəmi dəyişməyə çalışan Rusiya bu dəfə Nikol Paşinyanı "ram etmək" üçün proksi təsir vasitələrini seçib. Rusiyanı anlamaq olar: Moskva ermənilərin yalanlarından və siyasi əxlaqdan kənar davranışlarından bezib
44 günlük İkinci Qarabağ Müharibəsində övladları həlak olmuş erməni valideynlər Ermənistan hökumətinin binasının qarşısında oturaq etiraz aksiyasını davam etdirirlər.
Onlar baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamaqda suçlanan Qayane Akopyanın dərhal azadlığa buraxılmasını tələb edirlər.
Q.Akopyanın oğlu da müharibədə həlak olub.
Aksiya iştirakçılarını Levon Ter-Petrosyan dəstəkləyib.
Ermənistanın sabiq dövlət başçısı, birinci prezidenti Levon Ter-Petrosyan ermənilərə müraciətində deyib: "Ölkəmizi daha acınacaqlı gələcək, partlayış gözləyir".
O, Azərbaycanla müharibədə məhv edilmiş erməni əsgərin anasının yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını pisləyib: "Narahatlıq doğuran vəziyyətdir. Oğlunu döyüşdə itirmiş ananın saxlanılması hətta Ermənistan parlamentinin bədnam spikerinin İrəvanın mərkəzində günorta saatlarında vətəndaşın üzünə tüpürdüyü iyrənc əməldən də böyük biabırçılıqdır. Bu iki hal onu göstərir ki, hakimiyyətin həyasızlığının həddi-hüdudu yoxdur".
"Belə görünür ki, Ermənistanda daxili siyasi gərginliyin səngiməsi hakimiyyətin məsuliyyəti və qayğısı olmalıdır, lakin gördüyümüz kimi, onlar öz həyasız və uzağı görməyən hərəkətləri ilə gərginliyi daha da artırırlar. Belə davam etsə, ölkəmizi daha acınacaqlı, hətta partlayışlı perspektiv gözləyir. Bunu nəzərə alaraq, eyni zamanda qeyd etməyi zəruri sayıram ki, dövlət məmurlarının ailə üzvlərinə qarşı nalayiq davranışların təzahürləri də yolverilməzdir", - birinci prezident müraciətində bildirib", - Ermənistanın ilk prezidenti söyləyib.
Ter-Petrosyanın və İrəvanda aksiya keçirənlərin tələbləri Qayane Akopyanın azad edilməsidir.
Akopyanın özününsə dediyinə görə, məqsədi Aşot Paşinyanı oğurlamaq yox, onu müharibədə həlak olmuş ermənilərin dəfn olunduğu "Yerablur" məzarlığına aparmaqmış.
Lakin Akopyanın dediklərində məntiq yoxdur, çünki Nikol Paşinyanın oğlu nə qədər klassik erməni düşüncəsinə, daşnaklığa və zooloji millətçiliyə bir qədər yad gənc olsa da, onun heç olmazsa bir dəfə "Yerablur"da olması şübhəsizdir.
İddialara görə, Qayane Akopyan baş nazirin oğlunu məzarlığa apararaq orada ona "Burada dəfn olunmuşlar atanın əməllərinin qurbanlarıdır" demək istəyirmiş.
Bu hərəkətdə də məntiq izi yoxdur, çünki həddən ziyadə aktiv ictimai həyatı olan Qayane Akopyan sosial şəbəkələrdəki profillərindən və ya akkauntlarından birində müharibədə həlak olmuş oğlunun fotosu paylaşaraq "Aşot Paşinyan, oğlumu atan öldürdü" yaza bilərdi.
Yaxud da Paşinyanın ailəsinə açıq məktubla müraciət edə bilərdi.
Belədirsə, onun Aşot Paşinyanı qaçırmaq cəhdi, sonra da Qayane Akopyanı müdafiə edənlərin əvvəl məhkəmə, sonra da hökumət binasının qarşısında aksiyalar keçirməsi mənasız, süni olaylar təsiri bağışlayır.
İndi oturaq aksiya keçirən, İrəvanda hökumət binasının qarşısında gecələyən, oğulları 44 günlük İkinci Qarabağ Müharibəsində həlak olmuş valideynlər əməllərinin cavabını yaşayırlar.
Onlar nədən müharibə günlərində düşünmədilər ki, övladları hara, nə üçün, hansı məqsədlə döyüşə yollanır?
Həmin ermənilər Azərbaycan ərazisinə işğalçı kimi gəlmişdilər və məqsədləri də mümkün qədər çox vətəndaşımızı qətlə yetirməkdi.
İşğalçılıq məqsədilə, qatillik hədəfi ilə ölkəmizə soxulmuş adamlar məhv edilibsə, indi onların valideynləri İrəvanda hansı "ədalət"i və nə məqsədlə arayır - müəmmadır.
Nikol Paşinyan bütün bunları bilir və hətta onu siyasətə gətirən, "müəllimim" dediyi Levon Ter-Petrosyanın bəyanatını da eyninə almır.
Səbəb həddən ziyadə sadədir: Nikol Paşinyana qarşı Ermənistanda indi yeni, proksi mübarizə başlayıb. Mübarizəyə təkan verən əsas qüvvə Rusiya Federasiyasıdır.