18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
Bu il sərvətlərinə milyardlar qatan zənginlər - Siyahı DÜNYA20:34 / 05.07.23
VETENİM-AZERBAYCANDIR.AZ
"Bloomberg" son altı ayda ən çox pul qazanan dünyanın 500 ən zəngin adamının reytinqini dərc edib.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, siyahıda birinci sırada “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask yer alıb. Nəşrin məlumatına görə, sözügedən vaxt ərzində iş adamı 96,6 milyard dollar qazanıb. Hazırda onun ümumi sərvəti 234 milyard olaraq qiymətləndirilir. İlon iyulun 3-də "Tesla"nın səhmlərinin 6,9% bahalaşması ilə sərvətinə 13 milyard dollar əlavə edib.
İkinci yerdə 58,9 milyard dollarla “Meta”nın yaradıcısı Mark Zukerberq qərarlaşıb. 200 milyard dollar sərvətlə "LVMH" moda konqlomeratının sahibi Bernard Arnault adını siyahıda üçüncü sıraya yazdırmağı bacarıb. O, altı ayda 38,2 milyard dollar qazanıb.
Nəşr həmçinin, 2023-cü ilin əvvəlində Rusiyanın ən çox qazanan milyarderlərinin də siyahısını təqdim edib. Siyahıda Azərbaycan əsilli biznesmen, “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovdun adı da yer alıb. Biznesmen sıralamada rusiyalı milyarderlərə liderlik edib. Onun ilin əvvəlindən qazancı 4,8 milyard dollar olub. Bununla da sərvəti 20,2 milyard dollara çatıb.
VETENİM-AZERBAYCANDIR.AZ