21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
TAP ötürücülük imkanlarının tam yüklənməsinə yaxındır - İcraçı direktor
VETENİM-AZERBAYCANDIR.AZ
Trans-Adriatik Boru Kəməri (TAP) ötürücülük imkanlarının tam yüklənməsinə yaxındır.
Bu barədə özəl müsahibəsində TAP layihəsinin icraçı direktoru Luka Skyepatti deyib.
O qeyd edib ki, 2023-cü ilin ilk beş ayı ərzində TAP vasitəsilə 4,5 milyard kubmetrdən çox qaz nəql olunub.
"TAP-ın hazırki uzunmüddətli imkanları (təqribən ildə 10 milyard kubmetr) 2013-cü ildə imzalanmış qaz nəqli barədə sazişə əsasən artıq "Şahdəniz" yatağından qaz tədarükçüləri arasında bölüşdürülüb. TAP qısamüddətli bronlama üçün ilkin ötürücülük imkanlarının təqribən 5 faizini ayırıb. Bu artıq bron edilmiş imkanlara əlavədir", - deyə Luka Skyepatti əlavə edib.
İcraçı direktor TAP-ın ENTSOG hərraclarının təqviminə və TAP-ın şəbəkə məcəlləsinə əsasən bazara əlçatan qısamüddətli imkanlar təklif etdiyini qeyd edib.
"Ötən il TAP özünü aktiv operator kimi göstərərək bazara təklif olunan ötürücülük qabiliyyətinin maksimum artırılması üçün boru kəmərinin istismar şərtlərindən istifadə edib. Biz qısamüddətli imkanlardan istifadəni genişləndirdik. Bu əlavə seçim sayəsində 2022-ci ildə TAP faktiki olaraq İtaliyaya təqribən 10 milyard kubmetr qaz nəql edib ki, bu da 2021-ci illə müqayisədə təqribən 3 milyard kubmetr çoxdur (40 faiz artım). Bu tədarüklər sayəsində 2022-ci ilin ikinci yarısında Azərbaycan həmişəlik İtaliyanın Əlcəzairdən sonrakı ikinci əsas qaz tədarükçüsünə çevrilib", - deyə o açıqlayıb.
L.Skyepatti 2023-cü ildə TAP vasitəsilə daşımaların həcminin bazardakı tələbatdan asılı olacağını əlavə edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.
VETENİM-AZERBAYCANDIR.AZ