Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan boksçusu Avropa Oyunlarında yarımfinala yüksəldi

Azərbaycan boksçusu Avropa Oyunlarında yarımfinala yüksəldi
29-06-2023, 01:09 125 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.
VETENİM-AZERBAYCANDIR.AZ Apasport.az-a istinadən xəbər verir ki, dünya çempionatının mükafatçısı 1/4 finalda Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gəlib.
Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməddən öncə Murad Allahverdiyev (80 kq) də 1/4 final döyüşünü qələbə ilə bitirib.
Qeyd edək ki, Avropa Oyunlarında yarımfinal döyüşləri iyunun 30-da olacaq.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI