21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Ombudsman: Biznesin insan hüquqlarına təsiri məsələləri həssas yanaşma tələb edir
VETENİM-AZERBAYCANDIR.AZ
Hər bir ölkənin sosial-iqtisadi tərəqqisi sahibkarlıq və onun inkişafı ilə sıx bağlıdır.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva "Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, biznesin, xüsusi ilə də kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması üzrə görülən tədbirlər ölkə qarşısında duran vacib sosial-iqtisadi problemlərin həllinə, mikro və makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, maliyyə təhlükəsizliyinin və davamlı inkişafın təmin edilməsinə imkan verir:
"Biznes fəaliyyəti əhalinin hüquq və azadlıqlarının təmin olunmasında da əhəmiyyətli rol oynayır. Sahibkarlıq sahəsində tənzimləmələrin qənaətbəxş olmaması və bu fəaliyyət zamanı məsuliyyətsiz davranış insan hüquqlarına neqativ təsirlə nəticələnə bilir. Biznesin insan hüquqlarına təsiri məsələləri olduqca həssas yanaşma tələb edir. Təsadüfi deyil ki, qeyd olunan sahə beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə tədqiq olunmaqdadır, dövlətlərə və biznes strukturlarına insan hüquqlarına hörmət və riayət edilməsi, eləcə də bu sahədə əlaqəli fəaliyyət göstərmələrinə dair çağırışlar edilməkdədir".
Ombudsman deyib ki, BMT-nin “Qlobal Saziş”i biznes və insan hüquqlarına dair mühüm müddəaları nəzərdə tutan ən genişmiqyaslı təşəbbüslərdən hesab olunur və Azərbaycan da daxil olmaqla 160-dan çox ölkədən 15000-dən çox şirkət və təşkilatı özündə birləşdirir:
"Sənəd insan hüquqlarının təmin olunmasını və korrupsiyaya qarşı mübarizəni də nəzərdə tutan 10 prinsipi özündə ehtiva edir.2011-ci ildə BMT tərəfindən qəbul edilən və qlobal təcrübə standartları hesab edilən “Biznes və insan hüquqları sahəsində rəhbər prinsiplər” dövlətlərin və şirkətlərin insan hüquqlarının təmin edilməsi üzrə vəzifələrini və məsuliyyətini, eləcə də hüquq müdafiə vasitələrinə çatımla bağlı mühüm prinsipləri müəyyən edir.
S. Əliyeva onu da deyib ki, BMT-nin Azərbaycan ofisi ilə Ombudsman təsisatı arasında biznes və insan hüquqları sahəsində birgə fəaliyyətə dair tədbirlər planı təsdiq edilib və bu istiqamətdə işlərə başlanılıb.
O bildirib ki, qeyd olunan sahədə Milli Fəaliyyət Planının hazırlanması məqsədi ilə ölkəmizdə biznes və insan hüquqları sahəsində mövcud vəziyyətin ilkin araşdırılması və bu sahədə zəruri tövsiyələrin hazırlanması məqsədi ilə qurumlara müvafiq sorğular göndərilib və cavablar alınıb:
"Nəzərinizə çatdırmaq istərdim ki, Ombudsman təsisatı olaraq qarşıda duran hədəflərə nail olmaq məqsədi ilə əməkdaşlıq etdiyimiz əsas qurumlardan biri də Azərbaycan Respublikasının Baş Prokurorluğudur. Bu əməkdaşlıq birbaşa və işçi qruplarda təmsilçilik qaydasında qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə fəaliyyətləri çərçivəsində uğurla davam etdirilir".
BMT tərəfindən “Biznes və İnsan Hüquqlarına dair Milli Fəaliyyət Planları barədə Nümunəvi Təlimat” da təsdiq edilib. Almaniya, İngiltərə, Polşa, Pakistan, Yaponiya və digər ölkələrdə bu sahədə milli fəaliyyət planları hazırlanmış, Gürcüstan, Çin, Cənubi Koreya kimi dövlətlərdə isə insan hüquqları sahəsində mövcud olan milli fəaliyyət planlarına “Biznes və insan hüquqları” ilə bağlı bölmələr daxil edilib".
VETENİM-AZERBAYCANDIR.AZ