Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Zakir Həsənov Hulusi Akara minnətdarlıq məktubu göndərdi

Zakir Həsənov Hulusi Akara minnətdarlıq məktubu göndərdi
4-06-2023, 16:34 111 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akara minnətdarlıq məktubu göndərib.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Məktubda yazılıb:

“Cənab Hulusi Akar, Sizə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə birgə fəaliyyətimizə görə minnətdarlığımı bildirirəm.
Ətraflı

Siz daim Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Ordusunun təkmilləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə böyük töhfə vermisiniz.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində də Azərbaycan xalqına və ordumuza daim mənəvi dəstək olmusunuz. Siz həmişə Azərbaycanı və Azərbaycan Ordusunu sevmisiniz.

Əminəm ki, Türkiyə Böyük Millət Məclisində fəaliyyətiniz zamanı da hər iki qardaş ölkənin ordularının qüdrətlənməsi naminə əməyinizi əsirgəməyəcəksiniz.

Sizi öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI