Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Vətənpərvər şairəmizi təbrik edirik

Vətənpərvər şairəmizi təbrik edirik
28-05-2023, 11:06 157 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

VETENİM-AZERBAYCANDIR.AZ

5 may 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində  Azərbaycan Respublikasının ictimai  həyatında səmərəli fəaliyyətinə görə 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilən qadınlara medalları təqdim olunub. Medalları xanımlara komitə sədri Bahar Muradova şəxsən özü təqdim edib. "Tərəqqi" medalına  layiq görülən xanımlardan biri də vətənpərvər şairə, AYB-nin və AJB-nin,  Dünya Azərbaycanlı Yazarlar
Qurumunun üzvi, "Qızıl qələm" media mükafatı laureati, BMT Yanında
Ümumdünya Sülh Federasiyasının "Sülh səfiri" mükafatçısı, "Məmmd Araz"
Xan qızı Natəvan'", "Simurq 2021", "Böyük
Zəfər", "Milli Ordu - 100", "Böyük Vətən Müharibəsi - 75", "AVMVÍB -25
xatirə medallarının mükafatçısı,  AVMVÍB sədrinin ideoloji işlər üzrə
müşaviri, 15 kitabın, 50-a yaxın mahnının müəllifi   Nəsib xanım İsrafilqızıdır.
Yaradıcılığının mayası vətəndən, vətənpərvərlikdən ibarət olan Nəsibə xanımın 44 günlük Vətən Müharibəsinə həsr etdiyi "44 nəğmə 44 rəy" adlı ən son çıxan kitabı buna bariz nümunədir. Kitab ictimaiyyət tərəfindən yüksək məmnunluq hissi ilə qarşılanmış və dövlətimiz tərəfindən layiqli qiymətini almışdır. Onu da qeyd edək ki, şairənin Vətənlə bağlı mövzularının bu qədər içdən yazılması təsadüfi deyil. Nəsibə xanım həm qaçqınlıq, həm də köçkünlük taleyi yaşayan yeganə şairədir. Nəsibə xanımın ürəyi vətəniylə döyünən,qələmi ilhamını Azərbaycanın əvəzolunmaz gözəlliklərindən alan bir insandır. O,şeirlərini səsləndirərkən insanın ürəyi riqqətə gəlir. Azərbaycana olan sonsuz sevgisini qələmindən süzülən hərflərin ahəngiylə beyinlərə ötürür.
 "Tərəqqi"medalına layiq görülən vətənpərvər şairəni biz də səmimi qəlbdən təbrik edir, ona vətən naminə tutduğu bu şərəfli yolda uğurlar, bol-bol nailiyyətlər arzu edirik. Və ona təbrikimi bir şeirlə yekunlaşdırmaq istəyirəm.

Nəsibə...

Ey vətən qoxulu dağ bənövşəsi,
Ey insanoğlunun cənnət guşəsi,
Qəhrəman yurdumun ucalan səsi,
Bu dünya durduqca, vardır Nəsibə..

Nurlu simasından Günəş utanar,
Qələmi qılıncdır, çox canlar alar 
Qəlbi vətən ilə  alışıb, yanar
Anadır, bacıdır, yardır Nəsibə.

Əyilməz vicdanı sonsuz ümmandır,
Hər sözü, söhbəti bir asimandır.
Qırılmaz qüruru polad qalxandır,
Xəzan könüllərdə bardır Nəsibə..

Məzluma doğmadır, haqdan yanadır,
Düşməni kəlməylə, sözlə qanadır,
O, Sara Xatundur, Tomris Anadır,
Yay günü xəstəyə qardır Nəsibə..

Qələmi ilhamın vətəndən alır,
Şuşanın qoynunda məskənin salır,
Nəğməylə,şeirlə yaddaşda qalır,
Kamandır,tütəkdir,tardır Nəsibə..
Dünya yaşadıqca,vardır Nəsibə..
                               Çinarə Seyran

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI